Həftənin ən yaxşı oyunçusu seçildi

9.04.2022 23:00 555
Dünya futbolu
Konfrans Liqasında bu həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə Dimitri Payet 1-ci yeri tutub. “Marsel”in yarımmüdafiəçisi sorğuda Mauro Junior (PSV), İra Sor (Slaviya) və Ulrik Saltnesi (Bude/Qlimt) qabaqlayıb.

Xatırladaq ki, Payet 1/4 finalın PAOK-la ilk matçda komandasının 2:1 hesablı qələbəsində baxımlı qolu və məhsildar ötürməsi ilə rol oynamışdı.