Avropa Liqasında turun ən yaxşı oyunçusu seçildi

23.09.2023 14:43 199
Avropa Liqası
Avropa Liqasında qrup mərhələsinin 1-ci turunun ən yaxşı oyunçusu müəyyənləşib.

"Football-plis.az" xəbər verir ki, bu nominasiyanın qalibi Ladislav Kreyçi olub. O, UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda 1-ci yeri tutub. “Sparta”nın yarımmüdafiəçisi “Aris” üzərində 3:2 hesablı qələbədə 2 qol vurmaqla böyük rol oynamışdı.

24 yaşlı çexiyalı Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adı uğrunda mübarizədə Amin Adli (Bayer-04), Karluş Borjeş (Ayaks) və Adrian Trüfferi (Renn) arxada qoyub.