• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Murad Musayev Samir Abasovu cəzalandırdı və qəzəbləndirdi - REPORTAJ

Premyer-liqa / Reportaj

24-10-2023, 17:0

Bu görüşdə qələbə qazanmaq "Sabah" üçün daha vacib idi. "Bayquşlar" 8 oyunluq qələbəsizlik seriyasına son qoymaq, azarkeşləri ötən mövsüm dolub-daşan tribunalara qaytarmaq, itirilən xalların bərpası uğrunda mübarizə aparmalıydı.

"Sumqayıt" isə nisbətən yaxşı durumu qoruyub saxlamaq və xal ehtiyatını artırmaq məqsədiylə meydana çıxmışdı. Komandaların oktyabrın 25-də yenidən qarşılaşacağını nəzərə alsaq, matç həm də özünəməxsus kəşfiyyat xarakteri daşıyırdı.

Azsaylı azarkeşlərin izlədiyi oyun "Sabah"ın təzyiqiylə başladı. İlk təhlükəli vəziyyəti meydan sahibləri yaratsa da, Alekseyin tələskinliyi epizodu puç etdi. "Kimyaçılar" da Masazıra əliboş gəlməmişdi. Qonaqlar tezliklə tempə uyğunlaşıb, rəqibə qarşılıq verdi. Bu ərəfədə "bayquşlar"ın ünvansız ötürmələri "Sumqayıt"a künc zərbəsi qazandırdı. Nəticədə Samir Abasovun kollektivi hesabı açmaq fürsətindən faydalandı. İsa Rövlanın oyuna daxil etdiyi topu baş zərbəsiylə "çərçivə"dən keçirdi - 1:0. İndi bakılılardan ciddi təzyiq gözlənilirdi ki, belə olmadı. Növbəti qol epizodunu da qonaqlar yaratdı. Yusif irəli atılıb topu vaxtında qucaqlamasa, Ninqa fərqi artıra bilərdi. Murad Musayevin komandası ilk hissədə, demək olar ki, heçnə ilə yadda qalmadı. Oyun "kimyaçılar"ın üstünlüyü şəraitində keçir, gah Yusif, gah da Con, Amin, Namik və başqaları rəqibi zərərsizləşdirməli olurdu. "Sabah"ın çətin sınaq qarşısında olduğu aşkar idi. Hər halda, cəzalı Letiç, zədəli Till, Marqarita, Belfodil və Anatolinin yoxluğu hiss olunurdu. Beləliklə, ilk dəqiqələri istisna olmaqla sönük keçən ilk hissə başa çatdı.

Görüşün ikinci yarısının dramatik keçəcəyi bəlliydi. "Sabah" hesabı bərabərləşdirməli, "Sumqayıt" isə üstünlüyü qorumaq üçün əlindən gələni etməliydi. Ancaq qonaqlar bunu bacarmadı. Meydan sahiblərinin təzyiqi cəmi 9 dəqiqə sonra bəhrə verdi. Daha dəqiq desək, İrasabal Tellurun çətin ötürməylə meydandan çıxmağa qoymadığı topu başla tora qovuşdurdu - 1:1. Maraqlı təsadüfdü ki, bunu həm dəqiqə, həm də epizod baxımından "bayquşlar"ın intiqamı saymaq mümkündü. İrəliləyən dəqiqələrdə hücum cəhdləri bir-birini izlədi. Təhlükəli anlarda Kehatın zərbəsini Yusif dəf etdisə, Aleksey qapını düzgün nişan ala bilmədi. 81-ci dəqiqədə “Sabah” hesabda irəli çıxdı. Parris topu Volkova, o isə Namikə çatdırdı. Ələskərov çətinliklə topu tora göndərdi. Bundan sonra "kimyaçılar" dəfələrlə fərqlənə bilərdi. Lakin "bayquşlar"ın sıx müdafiə olunması və Yusifin cəldiyi buna imkan vermədi. Qonaqların Kamranları hərəyə bir dəfə bəxtini sınasa da, rəqib qolkiper yerində idi. Matçda son nöqtəni Masazır təmsilçisi qoydu. Alekseyin yerinə yetirdiyi künc zərbəsini Volkov qola çevirdi. O, sanki havadan asılı qalaraq başla topu "çərçivə"dən keçirdi - 3:1. Bu artıq Murad Musayev üçün çoxdan gözlənilən qələbə idi. Onun "özümüzə gəlmək üçün cəmi bir qələbə lazımdı" ifadəsinin reallığı nə dərəcədə əks etdirdiyini elə sabah görəcəyik. Samir Abasova gəlincə, onun komandası mövsümün əvvəlindəki nisbi uğurdan sonra tədricən turnir cədvəlinin sonlarına yuvarlanmaqdadı.

Gözdən qaçmadı
* Matçdan əvvəl "Sabah" formasıyla 100-cü oyununa çıxan Amin Seydiyevə 100 nömrəli forma verildi. Formanı futbolçuya idman direktoru İqor Ponomaryov təqdim etdi.
* "Soldati di Sabah" və "Kimyaçılar" fanklubları tribunalara gəlmişdi. Onlar 44-cü dəqiqədə şəhidləri yad etməyi unutmadı.
* Baş məşqçilər Murad Musayev və Samir Abasov sarı vərəqə aldı. "Sumqayıt"ın çalışdırıcısı qərara "danışmaq olmaz?!" deyə qışqıraraq etiraz etdi. Həmçinin "Sabah"ın meneceri İlqar İsrafilov "qırmızı"yla meydandan qovuldu.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

18-05-2023, 14:0

“Sumqayıt” cari mövsümdə 7-ci dəfə darmadağın oldu - REPORTAJ

Manşet / Reportaj

27-07-2023, 13:0

“Sabah” möhtəşəm debütlə işi bitirdi - REPORTAJ

Premyer-liqa / Manşet / Reportaj

27-09-2023, 20:0

“Sabah”ın böhranı davam edir: 6-cı qələbəsiz oyun! - REPORTAJ

Premyer-liqa

1-04-2022, 17:0

Murad Musayev "Sumqayıt"la görüşdə bu futbolçunun xidmətindən yararlana bilməyəcək

Premyer-liqa / Reportaj

4-04-2023, 14:0

“Sabah” Masazırda tarix yazdı - REPORTAJ

Premyer-liqa / Reportaj

22-08-2023, 12:0

Paytaxt derbisində hərəyə 1 xal - REPORTAJ

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
  • 25-07-2026, 22:0
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • 25-07-2026, 22:0
    London klubunda yeni oyunçu
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 137
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 106
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 101
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə