• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sabah”ın böhranı davam edir: 6-cı qələbəsiz oyun! - REPORTAJ

Premyer-liqa / Manşet / Reportaj

27-09-2023, 20:0

Hər iki tərəf qələbəsizlik seriyasından qurtulmaq üçün əlindən gələni edəcəkdi. Bu üzdən oyunun yetərincə gərgin keçəcəyi gözlənilən idi.

İlk hücum cəhdi “Kəpəz”dən gəlsə də, Şuaybunun uğursuz ötürməsi topu “Sabah”a qismət etdi. Həmin ərəfədə ev sahibləri təzyiqi artırdı. Lakin bunu qapıya qeyri-dəqiq zərbələr və diqqətli “Kəpəz” müdafiəsi müşayiət etdi. 8-ci dəqiqə Samiqullinin kobud səhvi üzündən Şuaybu hesabı açdı. Belə ki, Amin topu qapıçıya ötürsə də, qonaqların yarımmüdafiəçisi qolkiperin üzərinə şığıdı. Nigeriyalı futbolçu Rüstəmin hədiyyə etdiyi topu “çərçivə”dən keçirərək həm də cari mövsümdəki ilk qolunu vurdu. Dərhal bərabərlik qolu üçün axtarışa çıxan “Sabah” məqsədinə 24-cü dəqiqədə çatdı. Elçinin Apehə qarşı kobud oynaması rəqibə cərimə zərbəsi qazandırdı. Nəticədə İrasabal Alekseyin qapı önünə ötürməsini qola çevirdi – 1:1. Hissənin qalan bölümü baxımlı olmasa da, maraqlı epizodlarla yadda qaldı. Müdafiədə cəmləşən “sarı-göylər” yıxılanda durmaq bilmir, ayaqüstə olanda isə rəqib hücumçuların öhdəsindən gəlirdi. Bu anlarda Kamal Namik, Apeh və Letiçin fərqi artırmaq cəhdinə mane oldu. 38-ci dəqiqədə isə Vurğunun Tillə qarşı kobudluğu cərimə zərbəsinə səbəb oldu. Aleksey ikinci dəfə məhsuldar ötürməylə yadda qala bilərdi. Lakin birbaşa qapını nişan alan yarımmüdafiəçi “çərçivə”yə düşmədi. Artırılan vaxtda “Sabah”ın bir tutarlı hücumu qeydə alındı ki, Kamran növbəti dəfə Apehə mane oldu. Beləliklə, ilk hissə bərabərliklə başa çatdı.

Oyunun taleyi ikinci ayrıda həll olunmalıydı. Bu üzdən hər iki komanda qol axtarışında idi. Ev sahiblərinin cəhdləri 51-ci dəqiqədə bəhrə verdi. İnqilab Məmmədov Elmirin topa əllə müdaxiləsini penalti qərarıyla cəzalandırdı. Əsas işi isə Letiç gördü. Kamran serbiyalı müdafiəçinin topu hansı nöqtəyə vuracağını düzgün müəyyənləşdirdi. Lakin qolkiperin həmin istiqamətə sıçrayışı işə yaramadı. Nəticədə “tələbələr” hesabda önə keçdi – 2:1. Bu qol müdafiə olunmağa üstünlük verən “Kəpəz”i hərəkətə gətirdi. Amma “Sabah”ı əks-hücumda yaxalayan qonaqlar fürsətdən yararlana bilmədi. Daha dəqiq desək, Matenin qapıya zərbəsi qeyri-dəqiq alındı. Buna baxmayaraq, “sarı-göylər” həvəsdən düşmədi. Dərhal təşkil edilən hücum bu dəfə nəticəsiz qalmadı. Şuaybu meydanı tərk etmək üzrə olan topa çatırdı ki, Çaklanın kobud müdaxiləsiylə yerdə qaldı. İspaniyalının səhvi rəqibə cərimə zərbəsi qazandırdı. Az sonra Papunaşvilini topun başında gördük. Çoxu onun qapı önünə ötürmə edəcəyini gözləyirdi. Lakin yarımmüdafiəçi 60-cı dəqiqədə “çərçivə”ni nişan aldı. Samiqullinin təcrübəsizliyi burda da özünü göstərdi və hesab bərabərləşdi – 2:2. Ardından Namik “bayquşlar”ı hesabda önə keçirə bilərdi. Bəxtsizlikdən top dirəyə dəyərək meydanı tərk etdi. Bir neçə dəqiqə sonra isə Papunaşvili növbəti cərimə zərbəsini yerinə yetirdi. Gürcüstanlı oyunçu bu dəfə ötürməylə başladı ki, İrasabal müdafiədə etibarlı çıxış etdi. Matç 70-ci dəqiqədən sonra cansıxıcı oldu desək, yanılmarıq. “Kəpəz”in futbolçuları tez-tez fasiləyə səbəb olur, “tələbələr” qol vurmağa tələsirdi. Bu anda Letiçin qeyri-dəqiq zərbəsi tutarlı hücumlardan birini puç etdi. Son dəqiqələrdə Murad Musayev Sekidika, Volkov, Anatoli və Marqaritanı meydana buraxaraq hücum və müdafiə xəttinə yeni nəfəs verdi. Lakin bu da “Kəpəz”in müdafiə səddini yarmağa bəs etmədi. Tam qapanan qonaqlar hesabın dəyişməməsi üçün əlindən gələni etdi. Nəhayət, İnqilab Məmmədovun final fiti məhsuldar heç-heçəni rəsmiləşdirdi. Beləliklə, “Sabah”ın ilk turdan sonra başlayan böhranı davam edir. Amma nə vaxta qədər?!

Gözdən qaçmadı
* “Təcili yardım” avtomobillərinin matça gecikməsi start fitinin səslənməsini yubatdı.
* “Soldati di Sabah” fanklubu “Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün” yazılı pankart açmışdı. 44-cü dəqiqədə hər iki klubun azarkeş qrupu “Şəhidlər ölməz, vətən bölünməz”, “Azərbaycan bir olsun, istəməyən kor olsun” şüarlarını səsləndirdi
* Matçın sonuncu dəqiqələrində Kəpəz” azarkeşləri baş hakimi nəzərdə tutaraq “İnqilab, “Sabah” forması geyin”, - deyə qışqırdı
* Murad Musayev oyunun gec bərpa edilməsinə, Azər Məmmədovun köməkçisi İlkin Verdiyev isə oyunun dayandırılmamasına etiraz etdiyi üçün “sarı” aldı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

22-08-2023, 12:0

Paytaxt derbisində hərəyə 1 xal - REPORTAJ

Manşet / Reportaj

27-07-2023, 13:0

“Sabah” möhtəşəm debütlə işi bitirdi - REPORTAJ

Premyer-liqa / Reportaj

9-03-2023, 17:0

“Sabah” – “Kəpəz” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Reportaj

29-08-2023, 14:0

“Səbail” Tovuzu kədərə qərq etdi - REPORTAJ

Premyer-liqa / Reportaj

4-04-2023, 12:0

“Kəpəz”dən altı xal dəyərində qələbə - REPORTAJ

Premyer-liqa / Reportaj

29-08-2023, 17:0

“Neftçi” də qələbə qazandı, “Qəbələ” isə... - REPORTAJ

Aktual
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
"Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
“Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
H
"Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
Son xəbərlər
  • Bu gün, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Bu gün, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Bu gün, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Bu gün, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Bu gün, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Bu gün, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Bu gün, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Bu gün, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Bu gün, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Bu gün, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Bu gün, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Bu gün, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Bu gün, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Bu gün, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Bu gün, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Bu gün, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Bu gün, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Bu gün, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
  • Dünən, 17:56
    H
  • Dünən, 17:30
    "Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
  • Dünən, 16:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 16:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
  • Dünən, 16:30
    "KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
  • Dünən, 16:07
    Hamını arxada qoydu
  • Dünən, 15:36
    "Zirə" yamaykalı vinger transfer etdi
  • Dünən, 15:24
    "Qarabağ"ın da potensial rəqibi bəlli oldu
  • Dünən, 14:59
    İtaliyadan Belçikaya üz tutdu
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 184
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 161
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə