Rudi Qarsiya tezliklə “Napoli”dəki işini itirmək təhlükəsi ilə üzləşib.
"Football-plus.az" xəbər verir ki, rəhbərlik baş məşqçini istefaya göndərmək variantını nəzərdən keçirir. “Sky Sports”un məlumatına görə, klubun direktorları fransalı mütəxəssislə komandanın cari mövsümdəki nəticələri barədə fikir mübadiləsi aparıblar. Yekun qərarı “Napoli”nin prezidenti Aurelio De Laurentis verəcək.
Qarsiya komandaya iyun ayında baş məşqçi təyin olunub. “Napoli” hazırda İtaliya çempionatında 8 turdan sonra 14 xalla 5-ci yeri tutur.