PSJ-dən ayrılmağa hazırlaşan Kristof Qaltyenin işsiz günləri qısa çəkə bilər. O, karyerasını İtaliyada davam etdirmək şansına malikdi.
“Football-plus.az” xəbər verir ki, fransalı mütəxəssis “Napoli”yə baş məşqçi təyin olunmağa yaxındı. Bu məlumatı İtaliya mənbələri yayıb. Neapol klubunun sahibi Aurelio De Laurentis 56 yaşlı fransalı mütəxəssisi komandaya dəvət etməkdə maraqlıdı. Baş məşqçi postuna namizədlər siyahısında Rudi Qarsiya və Paulu Souza da var. Lakin ən perspektivli namizəd məhz Qaltyedi.
O, PSJ-ni 2022-ci ilin iyulundan çalışdırır. Komanda Qaltyenin rəhbərliyi altında Fransa çempionu olub və ölkə superkubokunu qazanıb.