"Napoli" heyətini yeni futbolçu ilə gücləndirir

27.04.2022 16:18 581
Dünya futbolu
Batumi "Dinamo"sunun yarımmüdafiəçisi Xviça Kvaratsxeliya "Napoli"yə keçəcək.

"Footbal-plus.az" xəbər verir ki, “Napoli”nin prezidenti Aurelio De Laurentis KKN radiosuna "Rubin"in 21 yaşlı sabiq futbolçusu ilə müqavilə imzaladıqlarını deyib.

Gürcü futbolçu ilə müqavilə 2027-ci ilə kimi nəzərdə tutulub.

Qeyd edək ki, Xviça 2019-2022-ci illərdə "Rubin"də çıxış edib. Bu müddət ərzində 73 matçda 9 qol vuran yarımmüdafiəçi 18 məhsuldar ötürmə edib.