Qarsiya ''Napoli'' ilə ÇL-i qazanacaq?

18.06.2023 16:25 263
Dünya futbolu
Rudi Qarsiyanın sabiq köməkçisi Frederik Bompar onun ''Napoli''nin başında Çempionlar Liqasını qazana biləcəyini iddia edib.

"Football-plus.az" xəbər verir ki, məlum olduğu kimi Luçano Spallettinin Neapol klubunu son mövsümdə çempion etsə də, rəhbərliklə fikir ayrılığı üzündən vəzifəsindən ayrılmalı oldu. Onu Qarsiya əvəzlədi. Bompar bunları deyib: ''Rudinin ən böyük arzusu ÇL-i qazanmaqdı. Fikrimcə, o, ''Napoli'' ilə bu arzusunu reallaşdıra bilər. Artıq onun sözünü demək zamanı çatıb. Nədənsə, elə düşünürəm ki, Qarsiya gələn mövsüm ÇL-in qalibi olacaq''.

2010/11-də ''Lill''in başında ölkə çempionluğunu qazanan, daha sonra ''Roma'', ''Marsel'', ''Lion''u çalışdıran 59 yaşlı fransalı mütəxəssis ən son ''Əl-Nəssr''də işləmiş və mövsüm bitməmiş istefaya göndərilmişdi. Deyilənə görə onun qovulmasında Kriştiano Ronaldonun da rolu olmuşdu.