Xorxe Sampaoli tezliklə “Sevilya”nı tərk etməli olacaq.
“Marka” qəzetinin xəbərində İspaniya klubunun baş məşqçini istefaya göndərəcəyi bildirilir.
"Football-plus.az" xəbər verir ki, buna səbəb komandanın uğursuz çıxış etməsidi.
“Marka” argentinalı mütəxəssisin Avropa Liqasının 1/4 finalının “Mançester Yunayted”lə ilk oyunundan əvvəl istefaya göndəriləcəyini xəbər verib. Sampaoli komandaya ötən ilin oktyabr ayında təyin olunub. Bəzi mənbələr onun yerini Xise Mendilibarın tutacağını iddia edir.
“Sevilya” hazırda İspaniya çempionatında 26 turdan sonra 28 xalla turnir cədvəlinin 14-cü pilləsini tutur.