“Napoli” amerikalı sərmayədarların maraq dairəsinə düşüb.
“Qazzetta dello Sport”un xəbərinə görə, Aurelio De Laurentis sahibi olduğu İtaliya klubunu 700 milyon avroya satmağa hazırdı. Neapollulara maraq göstərən əsas şirkət “Sixth Street”di. Bu şirkət artıq Sardiniya adasında daşınmaz əmlak almaqla İtaliya bazarında fəaliyyət göstərir. Amma hələ ki De Laurentisə rəsmi təklif irəli sürülməyib.
Xatırladaq ki, o, 2004-cü ildən “Napoli”nin sahibi və prezidentidi. De Laurentis klubu 18 il əvvəl komanda C seriyasında çıxış edərkən alıb.