• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Botafoqo” və Lajenin seriyaları qırıldı! – TURUN ŞƏRHİ

Dünya futbolu

8-09-2023, 23:0

Sentyabrın 2-4-ü aralığında Braziliya çempionatında 22-ci turun oyunları keçirildi.

"Football-plus.az" xəbər verir ki, tur liderin öz meydanında məğlub olması ilə daha çox yadda qaldı. Amma əsas izləyicisi bundan maksimum yararlana bilmədi.

Nəhayət, lideri evində büdrədən tapıldı. “Botafoqo” bu mövsüm “Nilton Santos” stadionunda keçirdiyi 11 oyunun hamısında qalib gəlmiş, 26 qol vurmuş və qapısından yalnız 3 top buraxmışdı. Liderin baş məşqçi vəzifəsinə iyulda təyinat alan Bruno Lajenin rəhbərliyi altında A seriyasında keçirdiyi 8 matçda uduzmadığını (5 qələbə, 3 heç-heçə) da bildirək. Hər iki seriya sentyabrın 2-də qırıldı. Rio de janeyrolular üçün “Flamenqo” ilə derbi uğursuz alındı. Lider rəqibindən yalnız topa sahibolma faizi planında geri qaldı – 44:56. Amma Lajenin komandası qapıya dəqiq (7:4) və qeyri-dəqiq (17:12) zərbələr üzrə qonaqları üstələdi. Hakimin start fiti yenicə səslənmişdi ki, top Lukas Perrinin qoruduğu qapıda göründü: yarımmüdafiəçi Freytas rəqibin ilk hücumuna mane olmaq istəyərkən topu öz qapısına yönəltdi. Belə başlanğıc ev sahiblərini əsla “sındırmadı” və “Botafoqo” 17 dəqiqə sonra hücumçu Sanın dəqiq zərbəsi ilə hesabı bərabərləşdirdi. İlk hissənin bərabərliklə sona çatması lideri qane edə bilməzdi. Fasilədən sonra üsünlüyünü artıran “ağ-qaralar”ın hesabda önə keçməsi gözlənilirdi. Amma top yenə də onların qapısına vuruldu. Bruno Enrike 73-cü dəqiqədə Leo Pereyranın ötürməsini mükəmməl dəyərləndirdi. Meydan sahiblərinin azı məğlubiyyətdən qaçmaq üçün yetərincə vaxtı var idi. Lakin onlar Mateus Kunyanın qoruduğu qapıya bir daha yol tapa bilmədilər. 22 yaşlı qapıçı 6 seyv ilə komandasına vacib qələbə qazandırdı. Xorxe Sampaolinin çalışdırdığı “Flamenqo” derbidəki uğuruna baxmayaraq, 4-cü yerdə qaldı. Evdəki ilk məğlubiyyət də “Botafoqo”nun mövqeyinə təsir etmədi.

Amma “ağ-qaralar”ın əsas izləyicisi ilə 11 xal fərqi dəyişdi. “Palmeyras” da turu xal itkisi ilə başa vurdu. Bunu hardasa gözləməyə dəyərdi. Son çempion da derbidə büdrədi. “Korintians” bu mövsüm ortabab komanda təsiri bağışlasa da, əzəli rəqibinə evdə uduzmadı. Abel Ferreyranın komandası səfər matçında yalnız qələbə üçün oynadı. Əzəli rəqibi üzərində əhəmiyyətli üstünlüklərə malik oldu. Lakin qapıya heç cür yol tapa bilmədi. Nəticədə San Paulu derbisi başladığı hesabla sona çatdı. Başqa sözlə, çempion liderin uduzmasından maksimum yararlana bilmədi və “Botafoqo” ilə “Palmeyras” arasındakı xal fərqi 10-a düşdü.

Tura 3-cü yerdə başlayan “Qremio” evdə “Kuyaba”ni iki cavabsız qolla məğlub etdi. Ehtiyatda bir təxirə salınan oyunu olan Renato Qauşunun komandası inamlı qələbə ilə mövqeyində qaldı. Portu Aleqridəki matçda hesabı Suares açdı. 36 yaşlı uruqvaylı hücumçu A seriyasında keçirdiyi 17-ci oyunda 6-cı qolunun sevincini yaşadı. Luisin 5 dəfə məhsuldar ötürmənin müəllifi olduğunu da bildirək.

Tura 5-ci yerdə başlayan “Fluminense” də hesabına maksimum xal yazmağı bacardı. Fernando Dinizin komandası öz meydanında çətinliklə qələbə qazana bildi. “Fortaleza”nın müqaviməti yalnız son dəqiqələrdə qırıldı. Qeyd edək ki, “Fluminense” cari mövsümdə evdə məğlub olmayan (9 qələbə, 3 heç-heçə) yeganə komandadı.

22-ci tur
Botafoqo RJ – Flamenqo 1:2
Sa, 19 – Freytas, 2-öz qapısına. Bruno Enrike, 73.
Korintians – Palmeyras 0:0
Qremio - Kuyaba 2:0
Suares, 30. Rikelme, 63-öz qapısına.
Fluminense - Fortaleza 1:0
Dioqo Barboza, 90+2.
Kruzeyro - Braqantino 0:0
Qoyas - İnternasyonal 0:0
Atletiko Paranaense - Atletiko Mineyro 1:1
Vitor Roke, 78 – Paulinyo, 6.
Bayya - Vasku da Qama 1:1
Ademir, 45 – Veqetti, 63-p.
Amerika Mineyro - Santos 2:0
Rodriqo Varanda, 29. Juninyo, 55.
“San Paulu” – “Koritiba” oyunu sentyabrın 28-nə təxirə salınıb.
1. Botafoqo RJ 22 16 3 3 39-13 51
2. Palmeyras 22 11 8 3 37-17 41
3. Qremio 21 12 3 6 34-25 39
4. Flamenqo 22 11 6 5 36-27 39
5. Fluminense 22 11 5 6 31-22 38
6. Braqantino 22 9 9 4 29-21 36
7. Atletiko Paranaense 22 9 7 6 32-26 34
8. Fortaleza 22 9 5 8 25-21 32
9. Atletiko Mineyro 22 8 7 7 25-19 31
10. Kuyaba 22 8 4 10 21-27 28
11. San Paulu 21 7 7 7 25-21 28
12. Kruzeyro 22 6 8 8 20-20 26
13. Korintians 21 6 8 7 22-23 26
14. İnternasyonal 22 6 8 8 17-24 26
15. Qoyas 22 6 7 9 20-29 25
16. Bayya 22 5 7 10 23-29 22
17. Santos 22 5 6 11 21-36 21
18. Vasku da Qama 21 4 5 12 16-31 17
19. Amerika Mineyro 21 4 4 13 24-45 16
20. Koritiba 21 3 5 13 21-42 14
Bombardirlər: Tikinyo Soares (Botafoqo RJ) - 13, Vitor Roke (Atletiko Paranaense) - 11, Deyverson (Kuyaba), Paulinyo (Atletiko Mineyro), Markos Leonardo (Santos) - 8.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

25-08-2023, 20:0

Lider büdrədi, son çempion qalib gəldi - TURUN ŞƏRHİ

Dünya futbolu

31-08-2023, 21:0

Liderin evdəki seriyası 11-ə çatdı - TURUN ŞƏRHİ

Dünya futbolu

18-08-2023, 23:0

“Botafoqo” son çempionu 13 xal qabaqlayır!

Dünya futbolu

11-08-2023, 21:0

Liderlər qrupunda qələbəsizlik

Dünya futbolu

3-08-2023, 20:0

“Botafoqo” fərqi 12 xala çıxardı – TURUN ŞƏRHİ

Dünya futbolu

20-07-2023, 20:0

“Botafoqo” izləyicisi ilə xal fərqini 12-yə çatdırdı

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Bu gün, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Bu gün, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Dünən, 11:31
    Milli komandanı tərk etdi
  • Dünən, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Dünən, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Dünən, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Dünən, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Dünən, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Dünən, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Dünən, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • 29-07-2026, 23:0
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 214
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 118
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə