• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Liderin evdəki seriyası 11-ə çatdı - TURUN ŞƏRHİ

Dünya futbolu

31-08-2023, 21:0

Avqustun 26-27-də Braziliya çempionatında 21-ci turun oyunları keçirildi. Turu liderlə əsas izləyicisi üçün ikiqat uğurlu saymaq olar.

“Football-plus.az” xəbər verir ki, A seriyasında ilk dövrəni lider kimi başa vuran “Botafoqo” azarkeşlərini turdan-tura ümidləndirməkdə davam edir. Son turlar “evdə qələbə, səfərdə heç-heçə” prinsipi ilə irəliləyən rio de janeyroluların artıq ənənə halını alan seriyası da qırılmayıb. Gözlənildiyi kimi, Bruno Lajenin komandası “Bayya” ilə ev oyununda çətinlik çəkmədən qalib gəldi. Lider autsayderlərdən sayılan rəqibinin qapısından üç cavabsız top keçirdi. İlk iki qolu komandaya yenicə qoşulan Dieqo Kosta vurdu. 34 yaşlı hücumçu “Botafoqo”nun formasında meydana çıxdığı ikinci oyunda qol hesabını açdı. Avropada “Atletiko” və “Çelsi”dəki möhtəşəm çıxışı ilə tanınan futbolçunun Braziliya çempionatında daha əvvəl 2021-ci ildə “Atletiko Mineyro”da çıxış etdiyini, bu komandada 15 oyuna 4 qol vurduğunu xatırladaq. Dieqo Kostanın yeni komandasının möhtəşəm seriyasını da qeyd edək. “Botafoqo” bu mövsüm evdə keçirdiyi 11-ci oyunu da qalib başa vurdu! Liderin Lajenin rəhbərliyi altında A seriyasında keçirdiyi 8 matçda uduzmadığını (5 qələbə, 3 heç-heçə) da bldirək.

“Ağ-qaralar”ın əsas izləyicisi ilə 11 xal fərqi dəyişmədi. Ona görə ki, “Palmeyras” da turu maksimum nəticə ilə başa vurdu. Bunu gözləməyə dəyərdi. Son çempion da öz meydanında autsayderlərdən birini qəbul etdi. Amma “Vasku da Qama” ilə matç san paulululara asan başa gəlmədi. Abel Ferreyranın komandası rəqibi üzərində oyun planında aşkar üstünlük əldə etsə də, istəyinə yalnız bir qolla çatdı. Rafael Veyqanın 65-ci dəqiqədə vurduğu qol çempionun son 6 oyunda 5-ci qələbəsini təmin etdi. Bu nəticə, təbii ki, “Palmeyras”ın azarkeşlərinin titulun qoruna biləcəyinə ümidlərini bir qədər artırdı. Amma liderlə xal fərqi kifayət qədər çoxdu.

Tura 3-cü yerdə başlayan “Flamenqo” heç cür sabit oyun sərgiləyə bilmir. Xorxe Sampaolinin komandası hesabına bir xal yaza bildi. “İnternasyonal”ı qəbul edən rio de janeyrolular oyun planında aşkar üstün idilər. Lakin qonaqların 26 yaşlı qapıçısı Keylleri heç cür məyus edə bilmədilər. İki xal itkisi “Flamenqo”ya 4-cü yerə düşmək bahasına başa gəldi.

Tura 4-cü yerdə başlayan “Fluminense” də hesabına bir xal yazmağı bacardı. Fernando Dinizin komandası çətin səfərdə qələbə qazana da bilərdi. Lakin “Atletiko Paranaense” məğlubiyyətdən son saniyələrdə 18 yaşlı hücumçusu Vitor Rokenin qolu ilə qurtuldu. 2:2 hesablı nəticə “Fluminense”ni 5-ci yerə saldı.

Tura bu yerdə başlayan “Qremio” evdə “Kruzeyro”nu üç cavabsız qolla məğlub etdi. Renato Qauşunun komandası inamlı qələbə ilə 3-cü yerə yüksəldi. Portu Aleqridəki matçın qəhrəmanı Suares oldu. 36 yaşlı uruqvaylı hücumçu qələbədə qol və məhsuldar ötürmə ilə rol oynadı. Luisin bu mövsüm A seriyasında keçirdiyi 16 oyunda 5 qolun və bir o qədər məhsuldar ötürmənin müəllifi olduğunu da bildirək.

21-ci tur
Botafoqo RJ - Bayya 3:0
Dieqo Kosta, 4; 52. Luis Enrike, 76.
Palmeyras - Vasku da Qama 1:0
Rafael Veyqa, 65.
Flamenqo - İnternasyonal 0:0
Atletiko Paranaense - Fluminense 2:2
Kaka, 13. Vitor Roke, 90+3 – Quqa, 76. Joao Neto, 87.
Qremio - Kruzeyro 3:0
Suares, 29. Karbalyo, 54. Pepe, 78.
Korintians - Qoyas 1:1
Maykon, 82 – Gilyerme Markes, 59-p.
Braqantino - Kuyaba 2:0
Borbas, 55. Talisson, 83.
Atletiko Mineyro - Santos 2:0
Paulinyo, 12; 67.
Amerika Mineyro - San Paulu 2:1
Mastriani, 61. Rodriqo Varanda, 90 – Pato, 81.
Fortaleza - Koritiba 3:1
Lusero, 42-p.; 45+4. Marinyo, 60 – Kusçeviç, 68.
1. Botafoqo RJ 21 16 3 2 38-11 51
2. Palmeyras 21 11 7 3 37-17 40
3. Qremio 20 11 3 6 32-25 36
4. Flamenqo 21 10 6 5 34-26 36
5. Fluminense 21 10 5 6 30-22 35
6. Braqantino 21 9 8 4 29-21 35
7. Atletiko Paranaense 21 9 6 6 31-25 33
8. Fortaleza 21 9 5 7 25-20 32
9. Atletiko Mineyro 21 8 6 7 24-18 30
10. Kuyaba 21 8 4 9 21-25 28
11. San Paulu 21 7 7 7 25-21 28
12. Kruzeyro 21 6 7 8 20-20 25
13. Korintians 20 6 7 7 22-23 25
14. İnternasyonal 21 6 7 8 17-24 25
15. Qoyas 21 6 6 9 20-29 24
16. Bayya 21 5 6 10 22-28 21
17. Santos 21 5 6 10 21-34 21
18. Vasku da Qama 20 4 4 12 15-30 16
19. Koritiba 21 3 5 13 21-42 14
20. Amerika Mineyro 20 3 4 13 22-45 13
Bombardirlər: Tikinyo Soares (Botafoqo RJ) - 13, Vitor Roke (Atletiko Paranaense) - 10, Deyverson (Kuyaba), Markos Leonardo (Santos) - 8.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

25-08-2023, 20:0

Lider büdrədi, son çempion qalib gəldi - TURUN ŞƏRHİ

Dünya futbolu

19-05-2023, 18:0

“Botafoqo” uduzsa da, liderliyi itirmədi - TURUN ŞƏRHİ

Dünya futbolu

18-08-2023, 23:0

“Botafoqo” son çempionu 13 xal qabaqlayır!

Dünya futbolu

14-07-2023, 23:0

Laje “Botafoqo”da qələbə ilə debüt etdi – TURUN ŞƏRHİ

Dünya futbolu

16-06-2023, 20:0

“Botafoqo” evdə xal itirmir – TURUN ŞƏRHİ

Aktual
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Son xəbərlər
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Dünən, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Dünən, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Dünən, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Dünən, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Dünən, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Dünən, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Dünən, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Dünən, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Dünən, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Dünən, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Dünən, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Dünən, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Dünən, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Dünən, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Dünən, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Dünən, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Dünən, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Dünən, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Dünən, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Dünən, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Dünən, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Dünən, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Dünən, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • 28-07-2026, 23:0
    İngiltərədə klubunu dəyişəcək
  • 28-07-2026, 23:0
    “Sabah” və Mikels 10-a çatdı
Daha çox
Oxunub: 275
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 206
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 151
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 115
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə