• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Botafoqo” son çempionu 13 xal qabaqlayır!

Dünya futbolu

18-08-2023, 23:0

Braziliya çempionatında avqustun 12-15-i aralığında 19-cu turun oyunları keçirildi. Bununla da A seriyasında mövsümün birinci dövrəsinə yekun vuruldu.

“Football-plus.az” xəbər verir ki, ilk dövrəni “Botafoqo”nun çempionluğa doğru zəfər yürüşü adlandırsaq, heç də səhv etmərik. Görünən odu ki, ötən mövsümü 11-ci yerdə başa vuran rio de janeyrolular bu dəfə ölkə çempionatına çox yaxşı hazırlıq görübmüş. İlk turlardan liderlərlər qrupunda möhkəmlənən komanda mövsümə Luiş Kaştronun rəhbərliyi altında başlamışdı. “Botafoqo”nun sürpriz liderliyi Braziliyada və ölkə xaricində ona maraq oyatmaya bilməzdi. İş elə gətirdi ki, Braziliya yığmasını çalışdırmaq təklifini geri çevirən 61 yaşlı portuqaliyalı mütəxəssis Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəssr”ə yollandı. Onun yerini tutan həmyerlisi Bruno Laje hələ ki komandanı zirvədə saxlaya bilir. “Botafoqo”nun hazırkı baş məşqçinin rəhbərliyi altında A seriyasında keçirdiyi 6 matçda 4 qələbə qazandığını və 2 dəfə rəqibləri ilə “sülh bağladığını” qeyd edək. “İnternasyonal”la ilk dövrənin son ev oyunu liderin 3:1 hesablı qələbəsi ilə sona çatdı. Hesabı qonaqlar açsalar da, Lajenin komandası buraxılan qola üç dəfə cavab verdi. Bununla da “ağ-qaralar”ın bu mövsüm əfsanəvi Nilton Santosun adını daşıyan stadiondakı qələbə seriyası 10-a çatdı. Başqa sözlə, “Botafoqo” öz meydanında xal itirməyən yeganə komanda statusunu qorudu. Liderin bu oyunlarda 23 qol vurduğunu, qapısından yalnız 3 top buraxdığını da xatırladaq. Diqqəti cəlb edən faktlardan biri isə liderin əsas izləyicisini 13 xal qabaqlamasıdı. Əlbəttə, Tikinyo Soaresin uğurlu çıxışı da qeyd edilməlidi. “Botafoqo”nun 32 yaşlı hücumçusu 13 qol vurmaqla dövrəni bombardirlərin yarışında lider kimi başa vurdu.

“Botafoqo”nun cədvəldəki yerinin çox möhkəm olmasını şərtləndirən amillərdən biri ən iddialı komandaların ilk dövrədə imkanlarından aşağı səviyyədə çıxış etməsidi. Tura liderin əsas izləyiciləri kimi hərəyə 31 xalla başlayan dörd komandadan yalnız biri qələbə qazana bildi. “San Paulu”nu qəbul edən “Flamenqo” hesabına bir xalı çətinliklə yazdı. Qonaqların sıralarına yenicə qoşulan “Tottenhem”in sabiq yarımmüdafiəçisi Lukas Mouranın fasilə ərəfəsində vurduğu qol uzun müddət onun komandasını qalib durumunda saxladı. Lakin ev sahibləri son saniyələrdə Pedronun penaltidən vurduğu cavab qolu ilə məğlubiyyətdən qaça bildilər. Xorxe Sampaolinin komandası iki xal itkisi ilə 2-ci yerdəki mövqeyini itirdi və dövrəni 4-cü yerdə başa vurdu.

Tura topların daha yaxşı fərqinə əsasən 3-cü yerdə başlayan “Fluminense” hesabına xal yaza bilmədi. “Qremio”nun qonağı olan Fernando Dinizin komandası hesabı açsa da, elə ilk hissədə buraxdığı iki qolla evə məğlub qayıtdı. Uğursuz nəticə “Flu”nu 7-ci yerə saldı.

“Braqantino” turu bir xalla başa vurdu. “Vasku da Qama” ilə ev oyunu 1:1 hesabıyla nəticələndi. Ardıcıl iki qələbədən sonra heç-heçəyə razılaşan “Braqantino” dövrəni 5-ci pillədə başa vurdu.

Liderlər qrupundakı digər üç komandanın ümumilikdə iki xal qazanması “Palmeyras”ın işinə yaradı. Bu mövsüm heç cür sabit oyun sərgiləyə bilməyən son çempion dövrəni qələbə ilə başa vurmaqla azarkeşlərini bir qədər ümidləndirdi. Abel Ferreyranın komandası üçün “Kruzeyro”ya qarşı ev oyunu çətin keçdi. Bunu hardasa gözləmək olardı. “Kruzeyro” cari mövsümdə rəqib meydalarında keçirdiyi ilk 8 matçın yalnız birində uduzmuşdu (3 qələbə, 4 heç-heçə). Oyun planında üstün olan “Palmeyras” rəqibin müqavimətini yalnız son saniyələrdə qıra bildi. Meydana 81-ci dəqiqədə çıxan Xose Lopesin vurduğu qol san paulululara qələbə gətirdi. Çempionun ilk dövrəni liderin əsas izləyicisi kimi başa vurmasına baxmayaraq, “Botafoqo”dan 13 xal geri qalması heç də xoş perspektivdən xəbər vermir.

Birinci dövrə əsasən üç komanda üçün çox uğursuz keçdi. “Koritiba”, “Vasku da Qama” və “Amerika Mineyro” mövsümün ikinci mərhələsinə autsayderlər qrupunda başlayacaqlar.

19-cu tur

Botafoqo RJ - İnternasyonal 3:1

Viktor, 55. N.Ernandes, 58-öz qapısına. Luis Enrike, 73 – Maurisio, 18.

Flamenqo - San Paulu 1:1

Pedro, 90+6-p. – Lukas Moura, 38.

Qremio – Fluminense 2:1

Bitello, 25. Ferreyra, 45+1 – Kano, 19.

Palmeyras – Kruzeyro 1:0

X.Lopes, 90+6.

Braqantino - Vasku da Qama 1:1

Qustavinyo, 45+8 – Veqetti, 32-p.

Fortaleza – Santos 4:0

Maçuka, 58. Joao Basso, 80. Kayo Aleşandre, 83. Bruno Paçeko, 90+1.

Atletiko Mineyro - Bayya 1:0

Paulinyo, 49.

Amerika Mineyro – Qoyas 0:1

Lukas Halter, 34.

Korintians - Koritiba 3:1

Qil, 51. Yuri Alberto, 54. Uesli Qassova, 67 – Murillo, 28-öz qapısına.

Atletiko Paranaense - Kuyaba 2:0

Kanobbio, 45. Sapelli, 82.

1. Botafoqo RJ 19 15 2 2 35-11 47

2. Palmeyras 19 9 7 3 34-17 34

3. Qremio 18 10 3 5 28-23 33

4. Flamenqo 19 9 5 5 31-24 32

5. Braqantino 19 8 8 3 27-17 32

6. Atletiko Paranaense 19 9 4 6 28-22 31

7. Fluminense 19 9 4 6 25-19 31

8. Kuyaba 19 8 4 7 21-21 28

9. San Paulu 19 7 6 6 24-19 27

10. Atletiko Mineyro 19 7 6 6 22-17 27

11. Fortaleza 19 7 5 7 21-19 26

12. Kruzeyro 19 6 6 7 19-16 24

13. İnternasyonal 19 6 6 7 17-23 24

14. Korintians 18 6 5 7 20-21 23

15. Qoyas 19 6 4 9 18-27 22

16. Bayya 19 4 6 9 18-25 18

17. Santos 19 4 6 9 19-31 18

18. Koritiba 19 3 5 11 18-36 14

19. Vasku da Qama 18 3 4 11 14-29 13

20. Amerika Mineyro 18 2 4 12 19-41 10

Bombardirlər: Tikinyo Soares (Botafoqo RJ) - 13, Deyverson (Kuyaba), Vitor Roke (Atletiko Paranaense) - 8, Rocer Gedeş (Korintians), Markos Leonardo (Santos), Halk (Atletiko Mineyro) - 7.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-07-2023, 23:0

Laje “Botafoqo”da qələbə ilə debüt etdi – TURUN ŞƏRHİ

Dünya futbolu

19-05-2023, 18:0

“Botafoqo” uduzsa da, liderliyi itirmədi - TURUN ŞƏRHİ

Dünya futbolu

12-05-2023, 18:0

“Botafoqo”dan ardıcıl 4-cü qələbə - TURUN ŞƏRHİ

Dünya futbolu

11-08-2023, 21:0

Liderlər qrupunda qələbəsizlik

Dünya futbolu

4-05-2023, 19:0

A seriyasında sürpriz lider – TURUN ŞƏRHİ

Dünya futbolu

26-05-2023, 16:0

“Botafoqo” üçün ikiqat uğurlu tur - TURUN ŞƏRHİ

Aktual
“Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
H
"Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
"KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
“Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
Son xəbərlər
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
  • Dünən, 17:56
    H
  • Dünən, 17:30
    "Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
  • Dünən, 16:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 16:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
  • Dünən, 16:30
    "KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
  • Dünən, 16:07
    Hamını arxada qoydu
  • Dünən, 15:36
    "Zirə" yamaykalı vinger transfer etdi
  • Dünən, 15:24
    "Qarabağ"ın da potensial rəqibi bəlli oldu
  • Dünən, 14:59
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 14:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşdi - ÇL
  • Dünən, 14:06
    “Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
  • Dünən, 13:58
    "Turan Tovuz" üçün yeni rəqib
  • Dünən, 13:08
    Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
  • Dünən, 12:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri azaldı
  • Dünən, 12:04
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 11:33
    "Sabah"la "Qarabağ"ın potensial rəqibləri bilindi - Avropa Liqası
  • Dünən, 11:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşir
  • Dünən, 11:02
    “Neftçi” də qoşuldu: dörd klubumuzun yol xəritəsi
  • Dünən, 10:31
    “Neftçi”nin yeni mövsüm üçüncü forması – “Bakı”
  • Dünən, 10:00
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 02:03
    İspaniya ikinci dəfə dünya çempionu oldu! - DÇ gecəsi
  • Dünən, 00:17
    Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
  • 19-07-2026, 23:0
    Əvvəlki klubuna qayıdacaq
  • 19-07-2026, 23:0
    Hansı klub yerli futbolçulara daha çox şans verdi?
  • 19-07-2026, 22:0
    "Heyətin gücləndirilməsinə ehtiyac var" - Kaxaber Sxadadze
  • 19-07-2026, 22:0
    Lissabondan Madridə üz tutdu
  • 19-07-2026, 21:0
    Millimiz çempion oldu
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 228
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 183
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 156
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 129
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə