Millətlər Liqası canlanır: İtaliya Fransaya, İngiltərə Xorvatiyaya qarşı

12.11.2026 11:10 0
Dünya futbolu
Avropada noyabrın 12-dən başlayaraq milli komanda səviyyəli oyunların həyəcanı yaşanacaq.

UEFA Millətlər Liqasının (ML) 5-ci - 2026/27 mövsümünün seçmə qrup mərhələsinin 5-ci və 6-cı turları çərçivəsində 6 gün ərzində 52 matç keçiriləcək. Bununla da qrup turnirinə yekun vurulacaq.

ML Avropa futbolu tarixində yığmalar arasında 2018-ci ildən keçirilən turnirdi. Xatırladaq ki, iki il əvvəl turnirin formatında dəyişiklik edilib: yarış əlavə pley-off mərhələsi ilə genişləndirilib. 2024/25 mövsümündən başlayaraq həm A liqasında 4 qrupun qalibləri, həm də 2-ci yerləri tutan komandaların mübarizə aparacağı 1/4 final mərhələsinin təşkili qərara alınıb. Bundan əvvəl final mərhələsinə yalnız qrup liderləri vəsiqə qazanırdı.

Komandalar 1/4 finalda evdə və səfərdə olmaqla iki oyun keçirəcəklər. Bu mərhələnin matçları 2027-ci ilin mart ayına təyin olunub. Qaliblər ML-in çempionunun müəyyənləşəcəyi “Dördlər finalı”na vəsiqə qazanacaqlar. Arxada qalan 4 turdan sonra iki komanda – İspaniya və Portuqaliya pey-offa vəsiqəni təmin edib.

Əlavə edək ki, cari mövsümün nəticələri AÇ-2028-in final mərhələsinə vəsiqə qazanmaq baxımından əhəmiyyət daşıyacaq. Vəsiqələrin necə bölüşdürüləcəyi isə qitə çempionatının seçmə mərhələsinin püşkü atılarkən açıqlanacaq.

Millətlər Liqası, qrup mərhələsi, 5-6-cı turlar
A liqası
1-ci qrup

12 noyabr: Türkiyə - Belçika, İtaliya - Fransa.
15 noyabr: Fransa - Türkiyə, Belçika - İtaliya.

1. Fransa 4 3 1 0 7-2 10
2. İtaliya 4 2 1 1 8-5 7
3. Belçika 4 2 0 2 6-5 6
4. Türkiyə 4 0 0 4 2-11 0

2-ci qrup
13 noyabr: Serbiya - Almaniya, Niderland - Yunanıstan.
16 noyabr: Almaniya - Niderland, Yunanıstan - Serbiya.

1. Niderland 4 2 2 0 7-5 8
2. Yunanıstan 4 2 2 0 5-3 8
3. Almaniya 4 1 2 1 3-2 5
4. Serbiya 4 0 0 4 3-8 0

3-cü qrup
12 noyabr: İngiltərə - Xorvatiya, Çexiya - İspaniya.
15 noyabr: İspaniya - İngiltərə, Xorvatiya - Çexiya.

1. İspaniya 4 4 0 0 12-5 12
2. İngiltərə 4 3 0 1 14-3 9
3. Xorvatiya 4 1 0 3 4-14 3
4. Çexiya 4 0 0 4 2-10 0

4-cü qrup
14 noyabr: Norveç - Uels, Portuqaliya - Danimarka.
17 noyabr: Uels - Portuqaliya, Danimarka - Norveç.

1. Portuqaliya 4 4 0 0 9-4 12
2. Danimarka 4 2 0 2 7-7 6
3. Uels 4 1 0 3 2-5 3
4. Norveç 4 1 0 3 6-8 3

B liqası
1-ci qrup

13 noyabr: Sloveniya - İsveçrə, Şotlandiya - Şimali Makedoniya.
16 noyabr: İsveçrə - Şotlandiya, Şimali Makedoniya - Sloveniya.

1. İsveçrə 4 4 0 0 11-1 12
2. Sloveniya 4 2 1 1 5-3 7
3. Şotlandiya 4 1 1 2 3-5 4
4. Şimali Makedoniya 4 0 0 4 0-10 0

2-ci qrup
14 noyabr: Gürcüstan - Macarıstan, Şimali İrlandiya - Ukrayna.
17 noyabr: Ukrayna - Gürcüstan, Macarıstan - Şimali İrlandiya.

1. Şimali İrlandiya 4 2 2 0 4-0 8
2. Macarıstan 4 2 1 1 3-2 7
3. Ukrayna 4 1 1 2 2-5 4
4. Gürcüstan 4 0 2 2 0-2 2

3-cü qrup
14 noyabr: Kosovo - İsrail, Avstriya - İrlandiya.
17 noyabr: İsrail - Avstriya, İrlandiya - Kosovo.

1. Avstriya 4 2 2 0 9-5 8
2. Kosovo 4 1 2 1 3-4 5
3. İrlandiya 4 1 2 1 6-4 5
4. İsrail 4 0 2 2 2-7 2

4-cü qrup
14 noyabr: Rumıniya - Polşa, İsveç - Bosniya və Hersoqovina.
17 noyabr: Polşa - İsveç, Bosniya və Hersoqovina - Rumıniya.

1. İsveç 4 3 1 0 7-3 10
2. Bosniya və Hers. 4 2 2 0 6-3 8
3. Polşa 4 1 1 2 7-4 4
4. Rumıniya 4 0 0 4 3-13 0

C liqası
1-ci qrup

12 noyabr: Albaniya - Finlandiya, San Marino - Belarus.
15 noyabr: Finlandiya - San Marino, Belarus - Albaniya.

1. Albaniya 4 3 0 1 8-3 9
2. Belarus 4 2 1 1 5-2 7
3. Finlandiya 4 2 1 1 9-2 7
4. San Marino 4 0 0 4 1-16 0

2-ci qrup
12 noyabr: Ermənistan - Cənubi Kipr, Monteneqro - Latviya.
15 noyabr: Latviya - Ermənistan, Cənubi Kipr - Monteneqro.

1. Monteneqro 4 3 1 0 7-4 10
2. Cənubi Kipr 4 2 1 1 5-3 7
3. Ermənistan 4 1 1 2 4-5 4
4. Latviya 4 0 1 3 2-6 1

3-cü qrup
13 noyabr: Moldova - Qazaxıstan, Slovakiya - Farer adaları.
16 noyabr: Farer adaları - Moldova, Qazaxıstan - Slovakiya.

1. Slovakiya 4 3 1 0 9-2 10
2. Farer adaları 4 0 4 0 5-5 4
3. Moldova 4 1 1 2 3-8 4
4. Qazaxıstan 4 0 2 2 5-7 2

4-cü qrup
13 noyabr: Bolqarıstan - İslandiya, Lüksemburq - Estoniya.
16 noyabr: Estoniya - Bolqarıstan, İslandiya - Lüksemburq.

1. İslandiya 4 2 2 0 7-1 8
2. Estoniya 4 1 3 0 2-1 6
3. Bolqarıstan 4 1 1 2 3-6 4
4. Lüksemburq 4 1 0 3 3-7 3

D liqası
1-ci qrup

13 noyabr: Andorra - Cəbəllütariq.
16 noyabr: Cəbəllütariq - Malta.

1. Malta 3 2 1 0 4-2 7
2. Cəbəllütariq 2 0 2 0 1-1 2
3. Andorra 3 0 1 2 1-3 1

2-ci qrup
13 noyabr: Lixtenşteyn - Azərbaycan.
16 noyabr: Litva - Lixtenşteyn.

1. Azərbaycan 3 1 2 0 2-1 5
2. Litva 3 1 1 1 3-2 4
3. Lixtenşteyn 2 0 1 1 0-2 1

Bombardir: Keyn (İngiltərə) - 6.