"Football-plus.az" xəbər verir ki, 24 yaşlı hücumçu özünün "İnstaqram" hesabında yazıb:
"Həyatımda yeni səhifə açılır. “Qrasshopper”ə necə minnətdar olduğumu sözlə ifadə etmək çətindir. İsveçrə klubuna və azarkeşlərinə ən yaxşısını arzulayıram”.
Qeyd edək ki, R.Dadaşov bu mövsümün sonuna kimi Türkiyə Superliqası təmsilçisində icarə əsasında oynayacaq.




