İsveçrə klubunun millimizin üzvü üçün ingilislərə ödədiyi məbləğ bəlli oldu

18.07.2022 13:30 374
Dünya futbolu / Manşet
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun “Qrasshopper”ə transferinin detalları bəlli olub.

Football-plus.az xəbər verir ki, İsveçrə klubu bu keçid müqabilində “Vulverhempton”a 315 min funt sterlinq təzminat ödəyib. Bu məlumatı İngiltərə mətbuatı yayıb. Yığmamızın üzvü isveçrəlilərlə "2+1" illik müqavilə imzalayıb.

Qeyd edək ki, Renat Dadaşov 2020-ci ildə icarə əsasında “Qrasshopper”də çıxış edib.