Renat Dadaşov komandasını məğlubiyyətdən xilas etdi - VİDEO

31.07.2022 21:02 509
Dünya futbolu
İsveçrə çempionda 3-cu turun oyunları keçirilir.

Football-plus.az xəbər verir ki, "Yanq Boyz" "Qrasshopper"i qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

Qonaqların yeganə qolunu Azərbaycan millisinin üzvü Renat Dadaşov vurub. Fasilədə meydana daxil olan hücumçu 3 dəqiqə sonra fərqlənib.

Qeyd edək ki, "Qrasshopper" İsveçrə çempionatında 3 turdan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb.