Dadaşov İsveçrədə rəmzi komandaya düşdü

15.08.2022 15:59 390
Dünya futbolu
İsveçrə çempionatında 5-ci turun rəmzi komandası açıqlanıb.

"Football-plusaz" xəbər verir ki, “Qrasshopper”də çıxış edən Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da ən yaxşılar arasında yer alıb. O, 7,3 balla rəmzi komandaya düşüb.

Dadaşov “Sion”la 2:2 hesabı ilə başa çatan matçda komandasının 2-ci qolunu vurub.

Qeyd edək ki, Renat İsveçrə çempionatında 4 oyuna 3 qol vurub, 1 asist edib.