Renat Dadaşovun yeni klubu bəlli oldu

9.07.2022 14:48 1 225
Ölkə futbolu / Manşet
Renat Dadaşovun yeni komandası bəlli oldu.

Football-plus.az xəbər verir ki, millimizin üzvü İsveçrədə çıxış edəcək.

Forvard "Qrasshopper"lə anlaşıb. Sürix təmsilçisi "2+1" illik müqavilə imzalayıb.

Qeyd edək ki, Renat Dadaşov 2020-ci ildə də icarə əsasında “Qrasshopper”də çıxış edib.