• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Zenit” zirvəyə bir qədər də yaxınlaşdı

Dünya futbolu

29-08-2023, 19:0

Tur favoritlərin autsayderləri yenə bilməməsi ilə start götürdü.

"Football-plus.az" xəbər verir ki, cümə günü iddialı ÇSKA Orenburqda, tura lider kimi daxil olan “Krasnodar” isə Voronejdə xal itkisi ilə barışmalı oldu. “Krasnodar”ın 6 tudan 4-də qapısını toxunulmaz saxlaması diqqəti çəkir.

Şənbə gününün açılış oyununda “Ural” Sankt-Peterburqda pərən-pərən düşdü. Hərçənd Yekaterinburq təmsilçisi bu oyuna qədər uduzmamışdı və tura 2-ci pillədə daxil olmuşdu. Buna baxmayaraq, “Ural”ın “Zenit” üçün ən asan rəqib olması faktı növbəti dəfə təsdiqini tapdı. İlk 5 tura 3 top buraxan Viktor Qonçarenkonun komandası bu dəfə 68 dəqiqəyə 4 top buraxdı. Ardıcıl 3-cü qələbə ilə 2-ci pilləyə yüksələn “Zenit” çempionat çərçivəsində bu rəqibə qarşı keçirdiyi 25-ci oyunda da uduzmadı (21 qələbə, 4 heç-heçə)! Bu, turnirin rekordudu. Buna qədər elitada bir komandanın digərinə ilk 25 matçda uduzmaması faktına rast gəlinməmişdi. Sergey Semak bu tur məşqçi kimi Rusiya çempionatında 200-cü oyununu keçirdi. O, bu matçlardan 157-ni “Zenit”in, 43-nü “Ufa”nın başında keçirib. Onun komandaları 600 mümkün xalın 68,3 faizini, yəni 410-nu toplayıb (121 qələbə, 47 heç-heçə, 32 məğlubiyyət). İlk 200 oyunda toplanılan xalların faiz nisbətinə görə Semak yalnız Oleq Romantsevdən (68,6) geri qalır. “Dinamo”nun 3 oyunluq qələbə seriyası Kazanda başa çatdı. Fasiləyə geridə yollanan və 56-cı dəqiqədən azlıqda oynayan Moskva təmsilçisi özündə güc tapıb 2 qol vursa da, son saniyələrdə qələbəni əldən verdi. “Spartak” isə heç cür özünə gələ bilmir. Mövsümə 3-ü çempionat, 2-si kubokda olmaqla 5 rəsmi oyunda qalib gələrək başlayan və tarixinin ən uğurlu startını reallaşdıran Moskva nəhəngi indi də qələbəsiz seriyanı artırmaqla məşğuldu. “Ural” və “Zenit”lə oyunlardakı məğlubiyyətlərdən sonra Gilyermo Abaskalın komandası bu dəfə evdə “Axmat”la qolsuz bərabərliyə qaldı. Buna qədər 7 rəsmi oyuna 15 top buraxan “Spartak” bu mövsüm ilk dəfə qapısını toxunulmaz saxladı. “Rostov” sanki səfərdə lənətlənib. Rusiya yığmasının baş məşqçisi Valeri Karpinin çalışdırdığı bu kollektiv ötən mövsümü də nəzərə almaqla ardıcıl 6-cı səfər oyunundan xalsız ayrıldı! Dzyubanın oynamadığı son 2 turda xal itirən “Lokomotiv” bu dəfə “Soçi” səfərindən çətin qələbə ilə ayrıldı. Dzyuba heyətə qayıdan kimi hesabına məhsuldar ötürmə yazdı.

6-cı tur
Zenit – Ural 4:0
Sergeyev, 8. Kassyerra, 30; 68. Klaudinyo, 45+1.
Zenit: Kerjakov, Fernandes (Sutormin, 68), Karavayev, Alip (Kovalenko, 75), Santos, Kruqovoy, Barrios, Vendel (Bakayev, 90+1), Klaudinyo (Du Keyroş, 75), Sergeyev (Vasilyev, 68), Kassyerra.
Orenburq – ÇSKA 1:1
Vera, 70 - Moyzes, 49.
ÇSKA: Torop, Qlebov (Qayiç, 63), Nababkin, Roşa, Moyzes, Oblyakov (Aqapov, 80), Zdelar, Kuçayev (Mendes, 90+2), Muxin (Davila, 69), Çalov (Feyzullayev, 80), Zabolotnı.
Spartak – Axmat 0:0
Spartak: Selixov, Denisov, Duarte, Cikiya, Ryabçuk, Zobnin, Martins (Medina, 76), Umyarov (Litvinov, 62), Bonqonda (Zinkovski, 76), Promes, Sobolev (İqnatov, 62).
Soçi – Lokomotiv 0:1
Qluşenkov, 57.
Lokomotiv: Lantratov, Nenaxov (Silyanov, 84), Fasson, Morozov, Tiknizyan, Barinov, Karpukas (Maradişvili, 85), Rıbçinski (Pinyaev, 65), Mirançuk, Qluşenkov (Jemaletdinov, 63), Dzyuba.
Fakel – Krasnodar 0:0
Rubin – Dinamo 2:2
Daku, 45+1-p. Fameye, 90+5 – Makarov, 59. Skopintsev, 74.
Nijni Novqorod – Rostov 1:0
Kalinski, 60.
Krılya Sovetov – Baltika 2:1
Babkin, 52. Zotov, 90+1 – Musayev, 88.

1. Krasnodar 6 4 2 0 9-2 14
2. Zenit 6 4 1 1 14-5 13
3. Ural 6 4 1 1 8-7 13
4. Krılya Sovetov 6 3 2 1 14-9 11
5. Dinamo 6 3 2 1 13-11 11
6. ÇSKA 6 3 1 2 13-9 10
7. Spartak 6 3 1 2 12-10 10
8. Lokomotiv 6 2 3 1 10-9 9
9. Axmat 6 2 1 3 9-8 7
10. Nijni Novqorod 6 2 1 3 3-5 7
11. Rostov 6 2 1 3 7-12 7
12. Soçi 6 2 0 4 8-8 6
13. Rubin 6 1 3 2 8-13 6
14. Fakel 6 1 1 4 5-10 4
15. Baltika 6 1 0 5 4-10 3
16. Orenburq 6 0 2 4 4-13 2
Bombardirlər: Kassyerra (Zenit) – 6. Çalov (ÇSKA) – 4.

Növbəti turun oyunları sentyabrın 2-3-də keçiriləcək: Ural – Axmat, Nijni Novqorod – Rubin, Krılya Sovetov – Fakel, Krasnodar – Spartak, Orenburq – Soçi, Lokomotiv – Baltika, ÇSKA – Zenit, Rostov – Dinamo.

Oyundan sonra
Sergey Semak, “Zenit”in baş məşqçisi:

“Komandam baxımlı və keyfiyyətli futbol sərgilədi. Oyunçularda özünəinam hiss olunur. Kifayət qədər qol vəziyyəti yaratdıq. Oyundan da, nəticədən də razıyam. 3 müdafiəçili sistem? Bizdə mərkəz müdafiəçiləri ilə bağlı problem yaşanır. Ona görə də bəzən elə oyunçular olur ki, yad mövqelərdə çıxış edirlər. 3 müdafiəçili sistemin bizə daha uyğun gəldiyini və daha etibarlı olduğunu düşünürəm. Oyunçular yavaş-yavaş formaya düşməyə başlayır. İndi mövsümün əvvəli ilə müqayisədə daha inamlı oynayırıq”.


Gilyermo Abaskal, “Spartak”ın baş məşqçisi:
“Ardıcıl iki məğlubiyyətdən sonra vəziyyəti düzəltməyə çalışdıq. Son oyunlardakı uğursuzluq futbolçuların üzərində müəyyən təzyiq yaradırdı. Bu üzdən tələskənliyə yol verirdik və müdafiədə boşluqlar yaranırdı. Rəqib ilk yarıda pis oynamadı. Bir topları dirəkdən döndü. İkinci hissədə biz daha yaxşı təsir bağışlasaq da, əsas olanı edə bilmədik. Bu cür rəqiblərlə görüşlərdə hesabı nə qədər tez açsan, bir o qədər işin asanlaşacaq. Biz bunu bacarmadıq. Yeganə sevindirici məqam qol buraxmamağımız oldu. Çünki bu mövsüm çox qol buraxırdıq. Hakimliyi yenə bəyənmədim. “Axmat” 23 dəfə qaydanı pozduğu halda onların oyunçularına cəmi 1 sarı vərəqə göstərildi. Bu, necə mümkündü? Rəqib oyunçular istədikləri qədər yerə sərələnib vaxt uzadırdılar. Onlara bir söz deyən yox idi. Enerjimi və vaxtımı belə şeylərə sərf etmək istəmirəm. Çünki onsuz da heç nə dəyişməyəcək”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

19-04-2023, 15:0

Kadili “Krasnodar” qarşısıalınmazdı – TURUN ŞƏRHİ

Dünya futbolu

23-08-2023, 21:0

“Spartak” yenə “Zenit”lə bacara bilmədi – TURUN ŞƏRHİ

Dünya futbolu

26-07-2023, 18:0

“Zenit” və “Spartak” mövsümə qələbə ilə başladı – TURUN ŞƏRHİ

Dünya futbolu

10-05-2023, 19:0

“Zenit”: ardıcıl 5-ci çempionluq! - TURUN ŞƏRHİ

Dünya futbolu

8-08-2023, 22:0

“Spartak” “Zenit”dən 5 xal aralandı

Dünya futbolu

2-06-2023, 16:0

“Spartak” 2-ci pilləyə yüksəlmək “istəmədi” - TURUN ŞƏRHİ

Aktual
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
“Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Son xəbərlər
  • Bu gün, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Bu gün, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Bu gün, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Bu gün, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Bu gün, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Bu gün, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Bu gün, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Bu gün, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Bu gün, 16:35
    Hamıdan yaxşı o oldu
  • Bu gün, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Bu gün, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Bu gün, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Bu gün, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Bu gün, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Bu gün, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Bu gün, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Bu gün, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Bu gün, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Bu gün, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Bu gün, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Bu gün, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Bu gün, 10:12
    UEFA reytinqində liderik!
  • Bu gün, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Bu gün, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Bu gün, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Bu gün, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 00:30
    "Qarabağ" "Vestri"ni keçsə, Sofiya klubu ilə qarşılaşacaq
  • Bu gün, 00:08
    Nəhənglərin ulduzları əldən çıxa bilər - onlardan biri qalmaq, digəri ayrılmaq istəyir
  • Dünən, 23:30
    Vembanyama 252 milyon dollarlıq müqavilə bağladı!
  • Dünən, 23:01
    "Vestri" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 21:51
    “Qarabağ”ın səfər oyunu göstəriləcək!
  • Dünən, 21:06
    6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
  • Dünən, 20:45
    AFFA-da qadın liqalarının klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 20:23
    “Qalatasaray” bu yayın ilk transferini reallaşdırdı
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə