• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Spartak” yenə “Zenit”lə bacara bilmədi – TURUN ŞƏRHİ

Dünya futbolu

23-08-2023, 21:0

Tur cümə günü “Rubin”in “Krılya Sovetov”u məğlub etməsi ilə start götürdü. Kazanlılar mövsümdə ilk qələbəni bayram etdilərsə, samaralılar əksinə, mövsümdə ilk məğlubiyyətlə barışmalı oldular.

"Football-plus.az" xəbər verir ki, “Krasnodar” bu tur evdə “Lokomotiv”i məğlub etsəydi, Rusiya çempionatı tarixində mövsümə 5 qələbə ilə başlayan 5-ci komanda olacaqdı. Bir penaltini boşa verməsinə baxmayaraq, Vladimir İviçin komandası qələbə seriyasını davam etdirməyə çox yaxın idi. Amma son saniyələrdə Anton Mirançuk “Loko”nu məğlubiyyətdən xilas etdi. Qeyd edək ki, “dəmiryolçular” ardıcıl 20-ci çempionat oyununda qol vurdular. Bu, 1994-95-ci illərdə qeydə alınmış klub rekordunun təkrarı deməkdi. Səfərdə debütant “Baltika”nı minimal hesabla üstələyən “Ural” xalını 13-ə çatdıraraq “Krasnodar”ı yaxaladı. Maraqlıdı ki, “Ural” ötən mövsüm 13 xal həddinə yalnız 13-cü turda çatmışdı. Ümumiyyətlə, mayın əvvəlindən başlayaraq son 10 tura nəzər salsaq, yekaterinburqlular bu müddətdə ən çox (23) xal toplayan komandadı! İlk 2 tura cəmi 1 xal toplayan “Dinamo” gözlənilmədən dirçəlməyi bacarıb. Moskva təmsilçisi “Zenit”lə “Baltika”nın ardından bu dəfə derbidə ÇSKA üzərində əzmkar qələbə qazandı. Ümumiyyətlə, “Dinamo”nun derbilərdə uğurlu oynaması diqqəti çəkir. Komanda ötən mövsümün startından bəri çempionatda keçirdiyi 9 derbinin yalnız birində uduzub. Bundan başqa, “Dinamo” turnirin tarixində ilk dəfə ÇSKA üzərində ardıcıl 4-cü ev qələbəsini qazandı. Valeri Karpinin “Rostov”u “evdə xoruz, çöldə fərə” prinsipi ilə oynamaqda davam edir. Bu dəfə “Soçi” önündə pərən-pərən düşən “Rostov” 2011/12-dən bəri ilk dəfə premyer-liqada ardıcıl 5-ci səfər oyununda uduzdu.

Böyük səbirsizliklə gözlənilən turun mərkəzi oyunu “Otkrıtie Arena”da keçirildi. “Spartak”ın Malkomu itirdikdən sonra əvvəlki qədər əzəmətli görünməyən “Zenit”ə qarşı uğursuz seriyaya bu dəfə son qoyacağını düşünənlər az deyildi. Amma Sankt-Peterburq nəhəngi növbəti dəfə bədxahlarını susduraraq hazırda Rusiya futbolunda rəqibsiz olduğunu göstərdi. Vendelin dublu və Kassyerranın mövsümdəki 4-cü qolu piterlilərə önəmli qələbə qazandırdı. “Spartak”ın çempionat çərçivəsində bu rəqibə qarşı qələbəsiz seriyası 11 oyuna yüksəldi (4 heç-heçə, 7 məğlubiyyət). Son qələbə 2017-nin noyabrında əldə olunub. “Spartak”ın çempionatda bundan daha böyük (14 oyun) qələbəsiz seriyası yalnız ÇSKA-ya qarşı olub (2001-08-ci illərdə).

5-ci tur
Spartak – Zenit 1:3
Sobolev, 81-p. – Vendel, 32; 73. Kassyerra, 90+4.
Spartak: Svinov, Denisov (Xluseviç, 66), Duarte, Cikiya, Ryabçuk (Zinkovski, 84), İqnatov (Bonqonda, 46), Martins, Mozes (Zobnin, 27), Medina (Umyarov, 46), Promes, Sobolev.
Zenit: Kerjakov, Karavayev, Alip, Yerakoviç, Santos, Fernandes (Sutormin, 72), Barrios, Vendel (Du Keyroş, 89), Mantuan (Vasilyev, 82), Klaudinyo (Yeroxin, 89), Sergeyev (Kassyerra, 72).
Dinamo – ÇSKA 2:1
Nqamalyo, 46. Smolov, 83-p. – Zabolotnı, 6.
ÇSKA: Torop, Qlebov (Ryadno, 62), Nababkin (Qayç, 85), Moyzes, Roşa, Oblyakov, Zdelar, Mendes (Kuçayev, 62), Muxin (Fayzullayev, 87), Çalov, Zabolotnı.
Krasnodar – Lokomotiv 1:1
Axmetov, 47 – Mirançuk, 90+7.
Lokomotiv: Lantratov, Nenaxov, Fasson, Poqostnov (Morozov, 67), Samoşnikov, Barinov, Karpukas (Sarveli, 78), Rıbçinski (Maradişvili, 79), Pinyaev (Tiknizyan, 63), Jemaletdinov (Mirançuk, 63), Qluşenkov.
Baltika – Ural 0:1
Kaştanov, 49-p.
Soçi – Rostov 4:0
Kramariç, 16; 29. Corceviç, 28. Medvedev, 76.
Axmat – Orenburq 4:0
Timofeyev, 9. Berişa, 24. İlyin, 35. Kamilo, 87.
Rubin – Rostov 2:1
Qritsaenko, 11. Martınoviç, 41 – Qarre, 15.
Fakel – Nijni Novqorod 2:0
Markov, 75. Dolqov, 90+1.
1. Krasnodar 5 4 1 0 9-2 13
2. Ural 5 4 1 0 8-3 13
3. Dinamo 5 3 1 1 11-9 10
4. Zenit 5 3 1 1 10-5 10
5. ÇSKA 5 3 0 2 12-8 9
6. Spartak 5 3 0 2 12-10 9
7. Krılya Sovetov 5 2 2 1 12-8 8
8. Rostov 5 2 1 2 7-11 7
9. Soçi 5 2 0 3 8-7 6
10. Axmat 5 2 0 3 9-8 6
11. Lokomotiv 5 1 3 1 9-9 6
12. Rubin 5 1 2 2 6-11 5
13. Nijni Novqorod 5 1 1 3 2-5 4
14. Baltika 5 1 0 4 3-8 3
15. Fakel 5 1 0 4 5-10 3
16. Orenburq 5 0 1 4 3-12 1
Bombardirlər: Çalov (ÇSKA), Kassyerra (Zenit) – 4.

Növbəti turun oyunları avqustun 25-27-si aralığında keçiriləcək: Orenburq – ÇSKA, Fakel – Krasnodar, Zenit – Ural, Rubin – Dinamo, Spartak – Axmat, Nijni Novqorod – Rostov, Krılya Sovetov – Baltika, Soçi – Lokomotiv.

Oyundan sonra
Gilyermo Abaskal, “Spartak”ın baş məşqçisi: “Nəyin bahasına olur-olsun, qalib gəlmək istəyirdik. Oyunun əvvəlləri bizim üçün pis keçmədi. Rəqibin cərimə meydançasına tez-tez daxil olurduq. Meydanın mərkəzində ağalıq edirdik. İki gözəl fürsətimiz oldu. Sonra “Zenit”ə çoxlu boş zona verməyə başladıq. İkinci hissədə qapımız önündə ciddi təhlükələr yarandığını xatırlamıram. Sadəcə, konsentrasiyanı itirərək 2-ci qolu buraxdıq. Nəticənin ədalətli olduğunu düşünmürəm. Çünki rəqib qol vurduğu epizodlardan başqa, demək olar, ciddi fürsət yaxalamadı. Özümüzə inamı ititrməməliyik. Səhvləri incələyib yolumuza davam etməliyik. Qol buraxanda da, qol vuranda da bunu komanda şəklində edirik. Əminəm ki, “Spartak” vəziyyəti düzəldəcək”.

Sergey Semak, “Zenit”in baş məşqçisi: “Tam layiqli qələbə qazandığımızı düşünürəm. İrəlidə fəal idik. Penalti olmasaydı, oyunun sonlarını daha rahat keçirə bilərdik. Vendel əla təsir bağışladı. Məşqlərdə üzərində çox yaxşı çalışır və meydanda da bunun qarşılığını alır. “Spartak”ın oyun sistemi bizi bir qədər təəccübləndirdi. Ona görə də ilk yarının gedişində biz də bəzi şeyləri dəyişməli olduq. “Spartak”ın hücum xəttində təhlükəli oyunçular var. Amma onlara qapımız önündə çoxlu epizod yaratmağa imkan vermədik. Emosional və prinsipial oyun olduğu üçün bəzi səhvlərimiz də oldu. Amma ümumi götürəndə yaxşı və pozitiv təsir bağışladıq. Hər halda, əsas rəqiblərimizdən birini səfərdə yendiyimiz üçün komandam ən xoş sözlərə layiqdi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-06-2023, 16:0

“Spartak” 2-ci pilləyə yüksəlmək “istəmədi” - TURUN ŞƏRHİ

Dünya futbolu

16-08-2023, 19:0

''Spartak'' ilk məğlubiyyətini Yekaterinburqda yaşadı – TURUN ŞƏRHİ

Dünya futbolu

19-04-2023, 15:0

Kadili “Krasnodar” qarşısıalınmazdı – TURUN ŞƏRHİ

Dünya futbolu

8-08-2023, 22:0

“Spartak” “Zenit”dən 5 xal aralandı

Dünya futbolu

26-07-2023, 18:0

“Zenit” və “Spartak” mövsümə qələbə ilə başladı – TURUN ŞƏRHİ

Dünya futbolu

17-05-2023, 15:0

“Spartak” autsayderlə bacarmadı - TURUN ŞƏRHİ

Aktual
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
Son xəbərlər
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Dünən, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Dünən, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Dünən, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Dünən, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Dünən, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Dünən, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Dünən, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Dünən, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Dünən, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Dünən, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Dünən, 10:00
    Mançesterdən Madridə yollandı
  • 24-07-2026, 23:0
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • 24-07-2026, 23:0
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • 24-07-2026, 23:0
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • 24-07-2026, 22:0
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • 24-07-2026, 22:0
    İngiltərədə klubunu dəyişdi
Daha çox
Oxunub: 207
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 97
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Xalqın yanına getmək niyə çətindi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə