Cokoviç “US Open”də çıxış edə biləcək

5.05.2023 14:05 243
İdman
Dünyanın 1 nömrəli raketkası builki ABŞ Açıq Tennis Çempionatında oynaya bilər.

"Football-plus.az" xəbər verir ki, Ağ Evin mayın ilk günündə yaydığı açıqlamaya əsasən belə qənaətə gəlmək mümkündü.

Açıqlamada deyilir ki, mayın 12-dən etibarən koronavirusa görə peyvənd olunmayanların ölkəyə girişi ilə bağlı qoyulan qadağa aradan qaldırılacaq. ABŞ-da peyvəndlə bağlı qərar 2021-ci ildə verilib, bu üzdən Cokoviç ötən il bu ölkənin ərazisində keçirilən bütün turnirləri buraxmağa məcbur olub. Serbiyalı tennisçi bu il də İndian-Uells və Mayami turnirlərində iştirak edə bilməyib.

Builki “US Open” 28 avqust – 10 sentyabr aralığında keçiriləcək. 35 yaşlı Cokoviş bu turnirin üçqat qalibidi.