Zverev “US Open”dən çəkildi

24.08.2022 12:33 306
İdman
Dünyanın 2 nömrəli tennisçisi Aleksandr Zverev ABŞ Açıq Tennis Çempionatında oynamayacaq.

"Football-plus.az" xəbər verir ki, turnirin mətbuat xidmətinin məlumatına görə, Almaniya təmsilçisi zədə üzündən mübarizədən çəkilməli olub.

Zverev iyunun əvvəlində topuğundan əməliyyat olunub. Həmin nahiyəni isə “Rolan Qarros”un yarımfinalında yerə uğursuz şəkildə düşərkən zədələmişdi.

Zverev avqustun 7-də kortda məşqlə başlamışdı. ATP reytinqində 2-ci olan almanilı tennisçini “US Open”də amerikalı Stefan Kozlov əvəz edəcək. Turnirin 29 avqust – 11 sentyabr aralığında Nyu-Yorkda keçiriləcəyini də xatırladaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul