Cokoviç “US Open”ə qatıla biləcək

3.04.2023 21:30 310
İdman
Serbiyalı tennisçi Novak Cokoviş ABŞ-da koronavirusla mübarizə tədbilərinin ləğv olunması sayəsində builki “US Open”də çıxış edə biləcək.

"Football-plus.az" xəbər verir ki, məlum olduğu kimi, “Böyük dəbilqə” turnirlərinin 22 qat qalibi koronavirus əleyhinə peyvənd olunması ilə bağlı sertifikatın yoxluğu üzündən Amerikaya giriş vizası ala bilmirdi.

ABŞ Senatı artıq COVID-19 ilə bağlı protokolun fəaliyyətini ləğv edən qanun layihəsini qəbul edib. Senat həmin layihəni prezidentə göndərib ki, Co Bayden yaxın günlərdə imza atmalıdı. Bu il ABŞ Açıq Tennis Çempionatı avqustun 28-i – sentyabrın 10-u aralığında keçiriləcək.