ABŞ-ın Sinsinnati şəhərində keçirilən, 6,6 milyon dollar mükafat fonduna malik “Masters” seriyalı turnir başa çatıb.
"Football-plus.az" xəbər verir ki, gözlənildiyi kimi, finalda dünya tennisinin iki görkəmli siması – Novak Cokoviçlə Karlos Alkaras qarşılaşıb. 36 yaşlı serb tennisçi 3 saat 50 dəqiqə çəkən görüşdə sonuncu “Uimbldon” turnirindəki məğlubiyyətin əvəzini çıxıb.
Bununla da Cokoviş 2023-cü ildəki 4-cü, karyerasındakı isə 95-ci titulu qazanıb. Onun 3-cü dəfə Sinsinnati turnirinin qalibi olduğunu da xatırladaq.
final
Novak Cokoviç (Serbiya, 2) – Karlos Alkaras (İspaniya, 1) 5:7, 7:6 (9:7), 7:6 (7:4)