Cokoviç 1000-ci qələbəsini qazandı

17.05.2022 13:58 463
İdman
Romada keçirilən, 5,4 milyon avro mükafat fonduna malik ATP seriyalı turnirin finalında Novak Cokoviçlə Stefanos Sisipas qarşılaşıb.

Yunan rəqibini iki setdə (6:0, 7:6) məğlub edən serb tennisçi karyerasındakı 1001-ci qələbəni və 87-ci titulu qazanıb. Cokoviçin 1000-ci qələbəsi isə yarımfinala təsadüf edib. Bu mərhələdə Kasper Ruudu məğlub edən serb indi qələbə sayına görə yalnız 4 tennisçidən geri qalır: Rafael Nadal (1051), İvan Lendl (1068), Rocer Federer (1251), Cimmi Konnors (1274). Cokoviç karyerasındakı 1000-ci qələbəyə belə reaksiya verib:

“Federerlə Nadalın bu uğuru necə bayram etdiyini görmüşəm, özüm də 1000 qələbə həddinə çatmaq istəyirdim. Böyük sevincdi. İrəlidə də qələbələrimin sayı çox olacaq”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul