İspaniyalı tennisçi Karlos Alkaras serb Novak Cokoviçlə aralarında gedən dünyanın birinci raketkası olmaq uğruna mübarizəyə toxunub:
“Bu mübarizə xoşuma gəlir. Uduza, eyni zamanda ardından reytinqin ilk pilləsinə qayıda biləcəyimi anlamaq xoşuma gəlir. Əlbəttə, bizim idman növünün əfsanələrindən biri – Novak ilə mübarizə aparırsansa, məmnunluq duymaq lazımdı. Hiss edirəm ki, onun əsas rəqibiyəm. Bu mənim üçün müəyyən mənada ağılsızlıqdı, bundan ləzzət almağa çalışıram”.
"Football-plus.az" xəbər verir ki, hazırda hesabında 9395 xal olan Alkaras dünyanın bir nömrəli kişi tennisçisidi. Cokoviç isə 8795 xalla ATP reytinqinin 2-ci pilləsində qərarlaşıb. Sonuncu “Uimbldon” turnirinin finalında 20 yaşlı ispaniyalı məhz 36 yaşlı serbi məğlub etməklə karyerasında 2-ci dəfə “Böyük dəbilqə” seriyalı turnir qazandı.