• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Messinin ABŞ karyerası titulla başladı

Dünya futbolu

22-08-2023, 22:0

Xəbər verdiyimiz kimi, Lionel Messinin bu yaydan etibarən şərəfini qoruduğu “İnter Mayami” ABŞ və Kanada klublarının iştirakı ilə keçirilən, eləcə də bu ildən etibarən KONKAKAF bayrağı altında oynanılan “Liqalar kubokunun finalına yüksəlmişdi.

“Football-plus.az” xəbər verir ki, avqustun 20-də “İnter Mayami” həlledici görüşdə ABŞ-ın digər təmsilçisi “Neşvill” ilə üz-üzə gəldi. Oyun Neşvilldə yerləşən “Geodis Park” stadionunda keçirildi. Argentinalı superulduz artıq 23-cü dəqiqədə komandasını hesabda önə keçirdi. Bu, Leonun mayamililərin heyətində 7-ci oyunda vurduğu 10-cu qol oldu! Meydan sahibləri ikinci hissənin əvvəllərində hesabı bərabərləşdirdilər. Qalan vaxtda qol olmayınca qalib penalti seriyasında müəyyənləşdi. Burda isə 10:9 hesabı ilə üstün olan “İnter Mayami” tarixinin ilk titulunu qazandı! Xatırladaq ki, bu klub 2018-ci ildə yaradılıb və 2020-dən etibarən MLS-də çıxış edir. “İnter Mayami”nin 3 sahibindən biri sabiq ingiltərəli ulduz Devid Bekhemdi. Liqalar kubokunda keçirdiyi 7 oyunun hər birində fərqlənən və 10 qolla bombardir olan Messi, gözlənildiyi kimi, turnirin ən yaxşı oyunçusu seçildi. Bu zəfər sayəsində Florida təmsilçisi həm də tarixində ilk dəfə KONKAKAF Çempionlar Kubokunda oynamaq qazanıb. Özü də “İnter Mayami” bu turnirdə mübarizəyə birbaşa 1/8 finaldan başlayacaq. Maraqlıdı ki, Liqalar kubokunda Leo gəldikdən sonra 2-si penalti seriyasında olmaqla keçirdiyi 7 oyunun hamısında qalib gələn və bu matçlarda 22 qol vuran “İnter Mayami” MLS-də çıxış etdiyi Şərq konfransında 22 oyuna 18 xal və 36 qol göstəriciləri ilə sonuncu – 15-ci pillədə qərarlaşıb. Messi hələ ki bu turnirdə debüt etməyib.
Bu titulun daha bir dəyəri var. 36 yaşlı Messi karyerasında 44-cü titulu qazanaraq braziliyalı Dani Alveşi (43) geridə qoydu və futbol tarixinin ən titullu oyunçusuna çevrildi! Messi “Barselona”nın heyətində 10 dəfə La Liqanın, 4 dəfə ÇL-in, 7 dəfə ölkə kubokunun, 8 dəfə ölkə superkubokunun, 3 dəfə klublararsı DÇ-nin və 3 dəfə Avropa superkubokunun qalibi olub. PSJ-nin heyətində o, 2 dəfə Liqa-1 və 1 dəfə ölkə superkuboku olmaqla 3 titul qazanıb. Argentinanın heyətində isə DÇ-nin, Amerika Kubokunun, Olimpiadanın, gənclər arasında mundialın və Finalissimanın qalibi olub. Tarixin ən titullu oyunçuları siyahısında sonrakı pillələrdə Andres İnyesta (39), Maksvell (37) və Jerar Pike (37) qərarlaşıb. Messi ilə bağlı daha bir diqqətçəkən fakt odu ki, bu futbolçu indiyə qədər peşəkar karyerasında iştirak etdiyi 48 final matçında 50 qolun vurulmasında yaxından iştirak edib (35 qol, 15 məhsuldar ötürmə)! Ondan başqa futbol tarixində final matçlarında heç 40 qolun vurulmasında belə iştirak edən futbolçu yoxdu. Sonda onu da bildirək ki, “Neşvill” Messinin klub karyerasında qapısına yol tapdığı 105-ci fərqli komanda oldu. O, indiyə qədər 120 klubla qarşılaşıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

19-08-2023, 20:0

Ronaldodan sonra Messi də yeni titul qazanmağa yaxındı

Dünya futbolu

22-07-2023, 16:0

Messi “İnter Mayami”də qolla debüt etdi

Dünya futbolu

29-07-2023, 14:0

Bekhem ''İnter Mayami'' ilə bağlı yeni hədəfini açıqladı

Dünya futbolu

27-07-2023, 16:0

“İnter Mayami” Messi ilə qarşısıalınmazdı

Dünya futbolu

5-06-2023, 17:0

Nevill “İnter Mayami”dən qovuldu

Dünya futbolu

18-07-2023, 23:0

Messi “İnter Mayami”də nə vaxt debüt edəcək?

Aktual
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
Son xəbərlər
  • Bu gün, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Bu gün, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Bu gün, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Bu gün, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Bu gün, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Bu gün, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Bu gün, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Bu gün, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Bu gün, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Bu gün, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Bu gün, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Bu gün, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 156
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 107
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 101
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə