• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“İnter Mayami” Messi ilə qarşısıalınmazdı

Dünya futbolu

27-07-2023, 16:0

Bu yay bir çox ulduzların əksinə, Səudiyyə Ərəbistanına yollanmayaraq Devid Bekhemin sahibi olduğu “İnter Mayami”ni seçən Lionel Messinin ABŞ-dakı karyerası inanılmaz şəkildə başlayıb.

"Football-plus.az" xəbər verir ki, MLS-də hələ ki fasilədi. Əvəzində ABŞ və Meksika klublarının iştirakı ilə keçirilən Liqalar kuboku adlı turnir davam edir. Bilindiyi kimi, Leonun debüt oyunu bu turnirə təsadüf etdi. “Krus Asul” ilə qarşılaşmada 2-ci hissədə meydana çıxan argentinalı superulduz son saniyələrdə cərimə zərbəsindən mükəmməl qol vuraraq komandasına qələbə qazandırdı. “İnter Mayami”nin bu turnirdəki 2-ci oyunu isə Messinin benefisinə çevrildi! O, dünən “Atlanta Yunayted” üzərində əldə olunan 4:0-lıq qələbə zamanı artıq ilk 22 dəqiqəyə dubl etdi. İkinci hissədə isə hesabına məhsuldar ötürmə də yazaraq “İnter Mayami” fanatlarını sevincdən dəli olmaq həddinə çatdırdı. Halbuki bu seriyaya qədər “İnter Mayami” keçirdiyi 8 oyuna cəmi 1 qələbə qazanmışdı. Maraqlıdı ki, Messi 78-ci dəqiqədə əvəzləndikdən sonra “İnter Mayami”nin ev oyunlarını keçirdiyi “Drayv Pink Stedium” sürətlə boşalmağa başladı. Leonun son qəhrəmanlığının ardından ortaya bir sıra maraqlı faktlar çıxdı. 2018-ci ildə qurulan “İnter Mayami” tarixində ilk dəfə bir hissəyə 3 qol vurdu və tarixinin ən böyükhesablı qələbəsini təkrarladı. Messinin özünə gəlincə, hər iki qolu sağ ayaqla vurması diqqəti çəkdi. O, sonuncu dəfə 2015-ci ildə “Barselona”nın heyətində “Levante” ilə oyunda sağ ayaqla dubl etmişdi. “Atlanta Yunayted” onun peşəkar karyerasında qapısına yol tapdığı 100-cü fərqli komanda oldu.

Bundan başqa, ABŞ mənbələrinin yazdığına inansaq, Messinin 1-ci qolunu onlayn şəkildə bütün dünyada 3,4 milyard insan izləyib! ABŞ-da nəinki futbol, ümumiyyətlə, heç bir idman növündə indiyə qədər belə şey olmamışdı.

Bu templə Messi ABŞ-da futbolu yeni səviyyəyə qaldıra bilər. Onun gəlişinə qədər “İnter Mayami”nin “intsaqram”da cəmi 1 milyom izləyicisi var idisə, hazırda izləyici sayı 12,5 milyona çatmaq üzrədi! Forma satışından isə başgicəlləndirici gəlir əldə olunub. İdman analitiki Coş Mozerin məlumatına görə, “İnter Mayami” indiyə qədər Lionel Messinin 3 milyon formasını satıb. Formanın birinin dəyərinin orta hesabla 150 dollar olduğunu nəzərə alsaq, Mayami təmsilçisi təkcə forma satışından 450 milyon dollar qazanıb! Qeyd edək ki, Leonun ABŞ-da illik qazancı 50-60 milyon dollar civarında olacaq. Amma bura reklam və imic haqlarının gəlirləri də əlavə olunduqda məbləğ ikiqat artacaq. Çünki başqa cür Messinin ərəblərin astronomik təklifindən imtina edib ABŞ-ı seçməsinə məntiqi izah tapmaq çətindi. Leonun ABŞ-a yollanmasında MLS-in rəsmi yayın hüuquqna malik olan “Apple TV” ilə çempionatın forma sponsoru olan “Adidas”ın da barmağı var. Turnirin 10 illik yayın haqqını 2,5 milyard dollara alan “Apple TV” əldə edəcəyi gəlirdən Messiyə də pay verəcək. “Apple TV”də bu yaxınlarda Messinin dünya çempionluğuna həsr olunan sənədli film də yayınlanacaq.

ƏLİ

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

22-07-2023, 16:0

Messi “İnter Mayami”də qolla debüt etdi

Dünya futbolu

18-07-2023, 23:0

Messi “İnter Mayami”də nə vaxt debüt edəcək?

Dünya futbolu

21-07-2023, 23:0

Messinin təqdimat mərasimini 3,5 milyard adam izləyib?

Dünya futbolu

17-05-2022, 11:0

Messi "İnter Mayami"yə keçəcək

Dünya futbolu

14-07-2023, 11:0

Messi nə vaxt debüt edəcək?

Dünya futbolu

28-11-2022, 15:0

Messinin meneceri bu xəbərləri təkzib etdi

Aktual
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
“Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
Son xəbərlər
  • Bu gün, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Bu gün, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Bu gün, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Bu gün, 20:33
    MY-də yeni qapıçı
  • Bu gün, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Bu gün, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Bu gün, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Bu gün, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Bu gün, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Bu gün, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Bu gün, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Bu gün, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Bu gün, 16:35
    Hamıdan yaxşı o oldu
  • Bu gün, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Bu gün, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Bu gün, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Bu gün, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Bu gün, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Bu gün, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Bu gün, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Bu gün, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Bu gün, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Bu gün, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Bu gün, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Bu gün, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Bu gün, 10:12
    UEFA reytinqində liderik!
  • Bu gün, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Bu gün, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Bu gün, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Bu gün, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 00:30
    "Qarabağ" "Vestri"ni keçsə, Sofiya klubu ilə qarşılaşacaq
  • Bu gün, 00:08
    Nəhənglərin ulduzları əldən çıxa bilər - onlardan biri qalmaq, digəri ayrılmaq istəyir
  • Dünən, 23:30
    Vembanyama 252 milyon dollarlıq müqavilə bağladı!
  • Dünən, 23:01
    "Vestri" - "Qarabağ": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə