Çoxdan gözlənilən debüt baş tutub.
"Football-plus.az" xəbər verir ki, Lionel Messi “İnter Mayami”nin formasında ilk oyununu keçirib.
Onun debütü Meksikanın “Krus Asul” ilə MLS+MX Liqa Kubokunun (Cənub Qrupu) 1-ci mərhələsinin oyununa təsadüf edib. 36 yaşlı Messi Fort Lauderdeyldəki (ABŞ) “İnter Mayami” stadionunda keçirilən matçın 54-cü dəqiqəsində meydana daxil olub. Klubun digər yeni transferi Serxio Buskets də “İnter Mayami”də debüt edib. O da meydana sonradan çıxıb.
Oyunda hesabı 44-cü dəqiqədə “İnter Mayami”nin yarımmüdafiəçisi Robert Teylor açıb. 65-ci dəqiqədə qonaq komandadan Uriel Antuna cavab qolunu vurub. 90+4-cü dəqiqədə cərimə zərbəsini qola çevirən Messi komandasına 2:1 hesablı qələbə gətirib.