Musayevin ardından jurnalistlərlə görüşən rəqibin baş məşqçisi İqor Dulyay “Sabah”la bağlı lazımi informasiya topladığını deyib:
“2017-ci ildə yaranan komandanın zəif və ya güclü olduğunu söyləmək çox çətindi. Ümumiyyətlə, indi futbolda asan rəqib yoxdu. Əsas üstünlükləri odur ki, az qol buraxırlar. "Sabah"ın heyətində bir neçə maraqlı futbolçu var. “Sabah”ın ciddi rəqib olmasıyla yanaşı, Bakıda havanın isti və rütubətli olması bizə problem yarada bilər”.
- “Partizan”ın yeni hücumçusu, buna qədər “Neftçi”də oynayan Saldanya sizə “Sabah” haqda hansısa informasiya veribmi?- O, rəqiblə bağlı bütün məlumatları portuqaliyalı köməkçimə ötürüb. “Sabah”la bağlı Saldanyadan geniş informasiya almışıq.
- Rəqib həmkarınız haqda nə deyə bilərsiz?- Murad Musayev keyfiyyətli məşqçi və gənc mütəxəssisdi. Komandasında çoxlu gənc var. Rəqib topu itirəndə daha təhlükəli olur. Diqqətli olmalıyıq, sürətli futbolçuları var, maraqlı və çətin oyun olacaq.