Mateus Saldanya “Neftçi”dən qovuldu. Oyunçu komandanı pis vəziyyətdə qoyaraq “Partizan”a keçdi.
Flaqmanın yaydığı bəyanata inansaq, braziliyalı qaydalara zidd hərəkət edib. Görəsən, “Neftçi” bununla bağlı FIFA-ya şikayət edəcək?
Məsələ ilə bağlı “Football-plus.az”a maraqlı informasiya daxil olub. Sən demə, “Neftçi” ondan şikayət etməyəcək. Saldanya “ağ-qaralar”a transfer olunarkən şərtlər Bakı təmsilçisinə sərf edib. Bu üzdən nə futbolçudan, nə də onun menecerindən FİFA-ya şikayət olunacaq.
İLKİN SULTANLI