"Turan Tovuz" Arda Turanın komandasına qalib gəldi

22.07.2023 20:05 313
Ölkə futbolu
"Turan Tovuz" bu gün təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Ayxan Abbasovun komandası Türkiyə 1-ci liqa təmsilçisi “Eyüpspor”la qarşılaşıb. Boluda yerləşən Gerde Esentepe stadionunda keçirilən görüş "Turan Tovuz"un 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qolları Fərid Nəbiyevlə Xəyal Nəcəfov vurub.

"Eyüpspor"un baş məşqçisi Türkiyə millisinin sabiq üzvü Arda Turandı.

Qeyd edək ki, "Turan Tovuz" bunadək Türkiyədə "Adana Demirspor"la üz-üzə gəlib və 0:2 hesabı ilə uduzub.

Tovuz təmsilçisi iyulun 27-də Tanzaniyanın "Simba Sport" kollektivi ilə qarşılaşacaq.