"Turan Tovuz"dan qələbə

13.01.2023 20:35 321
Premyer-liqa / Manşet
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Turan Tovuz" bu gün növbəti yoxlama oyununu keçirib.

Football-plus.az xəbər verir ki, təmsilçimiz İsveçrənin 1-ci liqa klubu "Aarau" ilə üz-üzə gəlib. Görüş tovuzluların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qalibiyət qolunu 6-cı dəqiqədə Ayxan Hüseynov vurub.

Qeyd edək ki, "Turan Tovuz" ilk yoxlama matçında Rumıniya "Petrolul"una uduzub - 2:3. Komanda son matçını yanvarın 17-də Polşanın “Qurnik“ klubuna qarşı keçiriləcək.