“Turan Tovuz”dan qələbə

17.01.2023 19:10 228
Premyer-liqa / Manşet
Antalyada təlim-məşq toplanışında olan "Turan Tovuz" bu gün sonuncu yoxlama matçını keçirib.

Football-plus.az xəbər verir ki, qərblilər Qazaxıstanın 1-ci divizion təmsilçisi "Jetisu" ilə qarşılaşıb. "Turan Tovuz" 2:0 hesablı qələbə qazanıb. Qolları 20-ci dəqiqədə Ayxan Hüseynov və 44-cü dəqiqədə Denis Marandiçi vurub.

Qeyd edək ki, komanda yanvarın 18-də hazırlığı başa vuraraq vətənə qayıdacaq.