Neapolu tərk etmədi

18.07.2023 23:22 334
Dünya futbolu
Pyerluici Qollini növbəti mövsümə də “Napoli”də başlayacaq.


"Football-plus.az" xəbər verir ki, Neapol klubu “Atalanta”nın qapıçısının icarə müddətini uzadıb. 28 yaşlı futbolçu 2023/24 mövsümünü İtaliyanın son çempionunun sıralarında keçirəcək. “Napoli” icarə müqaviləsinin müddəti sona çatandan sonra Qollinini birdəfəlik transfer edə bilər.

Xatırladaq ki, Pyerluici “Napoli”yə bu ilin yanvarında keçib. O, bu komandada 4 oyuna çıxıb.