Kvaratsxeliya vacib oyunu buraxacaq

5.11.2022 17:43 327
Dünya futbolu
Bu günlərdə avtomobili oğurlanan Xviça Kvaratsxeliyanın növbəti problemi ortaya çıxıb.

"Football-plus.az" xəbər verir ki, “Napoli”nin oyunçusu A seriyasında “Atalanta” ilə oyunu buraxacaq. Neapol klubunun mətbuat xidmətinin məlumatında gürcü futbolçunun vacib oyun üçün heyətə daxil edilmədiyi bildirilib. Buna səbəb kimi onun belində kəskin ağrıların olması göstərilib.

“Atalanta” - “Napoli” matçı bu gün saat 21.00-da başlayacaq. “Napoli” hazırda A seriyasında liderdi. “Atalanta” bu komandadan 5 xal geri qalmaqla 2-ci yeri tutur.