"Napoli"də yeni qapıçı

25.01.2023 23:51 233
Dünya futbolu
"Napoli" heyətini yeni qolkiperlə gücləndirib.

Football-plus.az xəbər verir ki, bunu neapolluların mətbuat xidməti açıqlayıb. "Atalanta"nın qapıçısı Pyerluici Qollini "Napoli" ilə müqavilə imzalayıb. İtaliyalılar futbolçunu 8 milyon avroya tam transfer etmək hüququ ilə 6 ay müddətinə sözləşmə bağlayıb.