“Napoli”də yeni müqavilə

6.10.2022 22:51 352
Dünya futbolu
Aleks Meret klubundan aldığı yeni təklifi qəbul edib.

O, “Napoli” ilə müqaviləsinin müddətini 2024-cü ilin yayına qədər uzadıb. Yeni sözləşmənin şərtinə əsasən, qapıçı sonradan müddəti daha birilliyə artıra bilər. 25 yaşlı Meret Neapol klubunda 2018-ci ildən çıxış edir. O, bu mövsüm A seriyasında meydana çıxdığı 7 oyundan 3-də top buraxmayıb.