Jaber ardıcıl ikinci dəfə finalda

14.07.2023 11:34 206
İdman
Londonda keçirilən tennis üzrə “Uimbldon” turniri davam edir. Qadınlar arasında yarımfinal oyunları arxada qalıb.

“Football-plus.az” xəbər verir ki, çexiyalı Marketa Vondrouşova ukraynalı Yelina Svitolinaya, tunirli Ons Jaber isə belaruslu Arina Sobolenkoya qalib gəlib.

Jaber ardıcıl 2-ci il “Uimbldon”un finalına yüksəlib. O, ötən il finalda Qazaxıstan təmsilçisi Yelena Rıbakinaya uduzmuşdu.