• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kişilər arasında Cokoviçlə Alkaras, qadınlar arasında “böyük üçlük”

İdman

7-07-2023, 20:0

Bazar ertəsi mövsümün sonuncudan əvvəlki “Böyük dəbilqə” turniri start götürdü. Dünyanın ən güclü kişi və qadın tennisçiləri iki həftə ərzində “Uimbldon”u fəth etməyə çalışacaq. Bəs İngiltərənin ot örtüklü kortlarında keçiriləcək turnirin favoritləri kimdi?


"Football-plus.az" xəbər verir ki, zədəli Rafael Nadalın yoxluğunda, təbii ki, əsas favorit Novak Cokovicdi. Son qalib yaşına uyğun olmayan şəkildə yenə də qələbə acıdı. Ümumiyyətlə, 36 yaşlı serbin uğur formulunu, rəqiblərini bir-birinin ardınca necə sıradan çıxarıb bütün əsas mükafatları silib-süpürməsunun səbəbini anlamaq çətindi. Bir məqam dəqiqdi ki, bu turnirdə də onun yolu üzərinə çıxan rəqibin işi çətin olacaq. Rusların əsas qələbə ümidi Daniil Medvedev uğurları sıralasa, finalda Cokoviçə rəqib ola bilər. Amma unutmayaq ki, Daniilin 1/4 finalda Stefanos Sisipasla qarşılaşması mümkündü. Yunan tennisçi rusun qənimlərindən sayılır.

Kişilər arasında mübarizənin favoritlərindən biri də Karlos Alkarasdı. İspaniyalı ulduz Londona reytinqin 1 nömrəsi kimi təşrif buyurub. Ekspertlər onun ot örtükdə qələbə şansını ən azı Cokoviçin şansı qədər yüksək sayırlar. Süni intellekt hətta turnirin torunu araşdırandan sonra belə qənaətə gəlib ki, kişilər arasında ən asan yol Alkarasın bəxtinə düşüb. Üstəlik Karlitos yaxınlarda məhz Londonda – ot örtükdə keçirilən ATP 500 turnirində də qalib gəlib.
Qadınlar arasında mübarizəyə gəlincə, artıq yeni “böyük üçlük” yaranıb. Söhbət ötənilki qalib Yelena Rıbakinadan, İqa Sventekdən və Arina Sobolenkodan gedir. Bunların sırasına Ons Jaberi də qoşmaq olar. Rıbakina ötən həftə İstburn turnirindən çəkildi ki, Londonda özünü daha parlaq göstərə bilsin. Qazaxıstan təmsilçisi hələ “Rolan Qarros”da virusa yoluxmuşdu. Və onu da etiraf edir ki, xəstəlik üzündən "Uimbldon" turnirinə istədiyi səviyyədə hazırlaşa bilməyib. Süni intellekt qadınların turnirində də mübarizə yolunu araşdırıb. Dünyanın 1 nömrəli qadın raketkası Sventeki qələbəyə aparan yol daha asan görünür.

Maraqlı faktlar...
* İlk mərhələdə Pedro Kaçini məğlub edən Cokoviç “Uimbldon”da ardıcıl 29-cu qələbəsini qazandı. O, bu turnirdə sonuncu dəfə 2017-ci ildə uduzub. Açıq era dövründə “Uimbldon”da yalnız üç tennisçinin daha uzun məğlubiyyətsiz oyunlar seriyası olub: Pit Sampras (31), Rocer Federer (40), Byorn Borq (41).
* İlk mərhələnin ən sensasiyalı nəticələrindən biri bu turnirin reyntinqinə görə 11-ci tennisçisi, kanadalı Feliks Oje-Alyassimin ATP reytinqində 119-cu yerdə qərarlaşan Maykl Mmoya uduzması oldu. Bu görüş 4 saat 2 dəqiqə davam etdi.
* Alkaras tarixdə ilk dəfə qarşılaşdığı Jeremi Şardinin beynəlxalq karyerasına son qoydu. Bu, 38 yaşlı fransalının karyerasında sonuncu beynəlxalq turnir idi. Estoniyalı Anett Kontaveyt də karyerasında sonuncu dəfə beynəlxalq arenada görünür. O, uzunmüddətli zədələr üzündən karyerasını bitirməyə qərar verib. Düzdü, 27 yaşlı Kontaveyt Şardidən fərqli ilk oyunda Lukretsiya Stefaniniyə qalib gəldi.

Paylaş:
Digər xəbərlər

İdman

27-08-2022, 16:0

İlin son “Böyük dəbilqə” turniri başlayır

İdman

24-06-2022, 21:0

Kişilər arasında Medvedev, qadınlar arasında Sventek...

İdman

6-07-2023, 10:0

Cokoviç 350-yə çatdı

İdman

26-01-2023, 18:0

Cokoviç 44-cü dəfə yarımfinalda oynayacaq

İdman

22-12-2022, 18:0

Nadal 900 (!) həftədi ilk “10-luq”dadı - SİYAHI

Aktual
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Son xəbərlər
  • Bu gün, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Bu gün, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Bu gün, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Bu gün, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Bu gün, 11:30
    Milandan Madridə yollanacaq
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Dünən, 15:54
    İranlılara viza verildi
  • Dünən, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Dünən, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Dünən, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Dünən, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Dünən, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Dünən, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Dünən, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Dünən, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Dünən, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Dünən, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
Daha çox
Oxunub: 701
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 239
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə