"Neftçi" İsrail millisinin sabiq üzvünü transfer edir

20.06.2022 23:26 843
Premyer-liqa
İsrailin "Aşdod" komandasının futbolçusu Ataa Caber karyerasını Azərbaycanda davam etdirə bilər.

"Football-plus.az" xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə "Neftçi" maraqlanır. Bu barədə İsrail mətbuatı məlumat yayıb. "Ağ-qaralar" dayaq yarımmüdafiəçisi ilə danışıqlar aparır.

Ataa ötən mövsüm "Aşdod"la 30 oyunda 2 qolla yadda qalıb.

Futbolçu İsrailin U-21 yığmasında 8 matça çıxıb və 2 qola imza atıb. Ataanın "transfermarkt"da dəyəri 250 min avrodu.