• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Cırtdan” “Qarabağ”ın əsəbləriylə oynadı - REPORTAJ

Çempionlar Liqası

13-07-2023, 15:0

Ağdamlılar srağagün Çempionlar Liqasının 2023/24 mövsümündə ilk oyununa çıxdı.

Qurban Qurbanovun meydana buraxdığı heyət o qədər də təəccüb doğurmadı. Sadəcə, Nərimanın ilk “11-lik”də yer alması süpriz idi. Lakin gənc futbolçunun yoxlama görüşlərində özünü yaxşı tərəfdən göstərməsi mütəxəssisin diqqətini çəkmişdi. Rəqibin də münasib olduğunu nəzərə alsaq, Nərimanın Çempionlar Liqasında debüt etməsi normal hal idi.

Görüş başlayan kimi hiss olundu ki, Cəbəllütariq klubu asan təslim olmayacaq. “Linkoln Red İmps” daha çox əks-hücumlara bel bağlayırdı. Ağdamlılar isə alışdığımız oyunu sərgiləməyə çalışırdı. Onlar topu özündə saxlayaraq mərkəzdən ötürmələrlə müdafiəni yarmaq istəyirdi. Lakin rəqib yaxşı müdafiə olunaraq buna mane ola bilirdi. Buna baxmayaraq, ilk təhlükəli vəziyyəti ağdamlılar yaratdı. Təmsilçimiz rəqibi əks-hücumda yaxaladı. Andrade uzun reydini Nərimana ötürmə ilə tamamladı. Gənc futbolçu bir oyunçunu geridə qoyub, qapıya zərbə vursa da, son anda müdafiəçi bunun qarşısını ala bildi. “Linkoln Red İmps” 19-cu dəqiqədə “Qarabağ”ın qapısı önündə təhlükə yaratdı. Kike künc nöqtəsindən ötürülən topa son anda toxuna bilmədi. Belə məqamlardan sonra ev sahibi komanda daha da ümidlə irəli atılırdı. Bu da onların işinə yaradı. 25-ci dəqiqədə Ayunun uzun ötürməsini ələ keçirən Kike Medinanı yerə sərib, Bəhlulu aldadıb, Şahruddini məyus etdi. Qol “Qarabağ” üçün şok effekti yaratmadı. Sanki futbolçular buna hazır idi. Qəflət yuxusundan ayılan ağdamlılar 33-cü dəqiqədə qola yaxın oldu. Zubirin ötürməsini qəbul edən Nəriman bir rəqibini aldadaraq qapıya zərbə endirdi. Lakin top tirə tuş gəldi. Qonaqlar ilk hissənin sonuna kimi nə qədər çalışsa da, rəqibin müdafiəsini yara bilmədi. Hətta 45-ci dəqiqədə “qırmızı-ağlar” ikinci qolu vura bilərdi. Qapı qarşısına uzun ötürmədən sonra Şahruddin çıxışda səhvə yol verdi. Yaxşı ki, Britto bunu gözləmədiyindən topa zərbə vura bilmədi.

Komanda geridə olsa da, Qurban Qurbanov 2-ci hissəyə də eyni heyətlə başladı. Lakin fasilədən sonra, demək olar ki, ağdamlılar bütün oyunu hücumda keçirdi. Bu da rəqibə sərf edirdi. Xavi Munyosun komandası tez-tez əks-hücumlar quraraq “köhlən atlar”ın müdafiəsini yara bilirdi. Sadəcə, sonda dəqiq zərbə vura bilmirdilər. Əvəzində daha istəkli oynayan “Qarabağ” 58-ci dəqiqədə hesabı bərabərləşdirdi. Ayunun səhvindən sonra Zubir topu ələ keçirdi. Cica onun ötürməsini dəqiq zərbə ilə tamamladı. Bundan sonra isə tərəflər açıq futbola üstünlük verdi. Amma müəyyən məqamlarda meydan sahiblərinin təcrübəsizliyi aşkar hiss olunurdu. “Qarabağ”ın isə cəhdləri alınmırdı. Andrade ardıcıl iki epizodda qola yaxınlaşsa da, sonda dəqiq zərbə vura bilmədi. 88-ci dəqiqədə Benzyanın küncdən göndərdiyi topu Bəhlul başla çölə vurdu. Qurban Qurbanovun komandası, nəhayət, sonda istəyinə çatdı. 90+4-cü dəqiqədə Qaranın ideal ötürməsini Benzya dəqiq zərbə ilə qapıya göndərdi. Fransalı futbolçunun Ağdam klubundakı ilk qolu komandasına vacib qələbə qazandırdı.

Gözdən qaçmadı
* Görüşü üç-dörd azərbaycanlı azarkeş stadiondan canlı izləyirdi.
* Qarşılaşmanın ən maraqlı məqamlarından biri Benzyanın fanatı olan, “Qarabağ”ın formasını geyinən 3 şəxsin “köhlən atlar”ı dəstəkləməsi idi.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Manşet / Çempionlar Liqası

11-07-2023, 17:0

“Linkoln Red İmps”i gözümüzdə böyütməyək - YAZI

Manşet / Çempionlar Liqası

11-07-2023, 21:0

"Qarabağ"dan əzmkar qələbə - YENİLƏNİB

Aktual / Çempionlar Liqası

11-07-2023, 14:0

"İlk oyunda şansları 50-nin 50-yə sayıram"

Manşet / Çempionlar Liqası

11-07-2023, 18:0

“Qarabağ”ın sabiq futbolçusu “Linkoln”la oyundan nə gözləyir? – AÇIQLAMA

Ölkə futbolu / Çempionlar Liqası

20-06-2023, 17:0

1,9 milyonluq büdcə, 27 qat çempion, 8 min yerlik stadion və ...“at oynadan” ispanlar – “Qarabağ”ı nə gözləyir?

Manşet / Çempionlar Liqası

11-07-2023, 22:0

“Futbolçular üçün oynamaq elə də asan deyildi”

Aktual
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
Son xəbərlər
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • 22-07-2026, 23:0
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • 22-07-2026, 21:0
    Abubakar "Kəpəz"də
  • 22-07-2026, 21:0
    Fransadan Portuqaliyaya yollandı
  • 22-07-2026, 20:0
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • 22-07-2026, 19:0
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • 22-07-2026, 19:0
    "Kəpəz"də ayrılıq
  • 22-07-2026, 19:0
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 130
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə