“Futbolçular üçün oynamaq elə də asan deyildi”

11.07.2023 22:16 321
Manşet / Çempionlar Liqası
Çempionlar Liqasında təsnifat mərhələsinə
start verilib.


“Football-plus.az” xəbər verir ki, “Qarabağ” Cəbəllütariq “Linkoln Red İmps”inin qonağı olub - 2:1. Oyundan sonra ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Meydança amilini və hava şəraitini götürsək, futbolçular üçün oynamaq elə də asan deyildi. Amma bir neçə epizodu çıxsaq, 90 dəqiqəni çox diqqətli oynadılar. Komanda çox təcrübəli futbolçulardan qurulub, hər biri də son ötürməni verə biləcək, son nöqtəni qoymaq bacarığına malikdilər. "Linkoln" təxmini düşündüyümüz kimi oynadı. Bir buraxdığımız qol və digər epizodda futbolçularım diqqətsiz oldular. 23-24 günlük səfərdən sonra psixoloji yorğunluq çox idi. Buna baxmayaraq, oyunçular sona kimi özlərini düzgün idarə edə bildilər və sonda şükürlər olsun qələbə qolunu da vurduq. Futbolçularımın oyuna yanaşmasından razı qaldım. Onları təbrik edirəm".

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul