• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İlin son “Böyük dəbilqə” turniri başlayır

İdman

27-08-2022, 16:0

Nyu-Yorkda ilin “Böyük dəbilqə” seriyalı son turnirinin püşkü atılıb və tennisçilər, eləcə də bu idman növünə könül verənlər səbirsizliklə startı gözləyir.

Xatırladaq ki, builki “Böyük dəbilqə” turnirlərindən yalnız “Rolan Qarros”a bütün güclülər qatıla bilib. “Australian Open”ə Novak Cokoviç, “Uimbldon”a isə ruslarla belaruslular buraxılmayıb. Bazar ertəsi start götürəcək “US Open”də nə Cokoviç olacaq, nə də dünyanın ikinci raketkası Aleksandr Zverev.

Zverevin “Rolan Qarros”un yarımfinalında topuğunu zədələdiyini, məhz bu üzdən kənarda qalacağını xəbər vermişdik. “US Open”ə qatılmamaq Almaniya təmsilçisi üçün 720 xal itirmək deməkdi. Zverev ötənilki turnirdə yarımfinala qədər irəliləmiş, burda isə Cokoviçə uduzmuşdu. Serb ulduzun yoxluğunun da səbəbi aydındı. O, koronavirusa görə peyvənd olunmadığından Kanada və ya Amerika sərhədini keçə bilməz. Hələ iyunda təşkilatçılar izah etmişdilər ki, Cokoviçin problemi turnirə buraxılmamaq yox, sərhədi keçə bilməməkdi. Yəni təşkilatçılar bu məsələnin həllini boynuna götürməmişdi. İki həftə əvvəl ABŞ-da koronavirus reqlamentinin yumşaldılacağı ilə bağlı ümidlər yaransa da, bu da əcnəbilərə aid edilmədi. Əcnəbilər hələ də tam peyvənd olmağa məcburdu.

Təşkilatçılar “US Open”in üçqat qalibini turnirin rəsmi posterində göstərməyib. Posterdə Daniil Medvedev, Rafael Nadal, Karlos Alkaras, Nik Kiryos, Serena Uilyams, Emma Radukanu, İqa Sventek və Naomi Osaka yer alıb. Yeri gəlmişkən, “US Open”də Rayli Opelka da olmayacaq. Dünyanın 28-ci raketkası çiyin zədəsindən əziyyət çəkir. Turnirin əsas torunda onu dünyanın 108-ci tennisçisi Cek Sok əvəz edəcək.

Cokoviçlə Zverevin yoxluğunda bukmekerlərin əsas favoritləri Daniil Medvedev, Karlos Alkaras, Rafael Nadal, Stefanos Sisipas, Yannik Sinner, Feliks Oje-Alyassim, Matteo Berrettini, Teylor Frits və Nik Kiryosdu. Sonuncu hazırda reytinqin 26-cı pilləsində qərarlaşsa da, son vaxtlar istənilən rəqibi məğlub etməyə qadirdi. O, Londonda Sisipasa qalib gəldi, ardından Vaşinqton turnirini qazandı, Medvedevi məğlub etdi. Kiryos özü Alkarası favorit sayır. 19 yaşlı ispan “US Open”i qazanacağı təqdirdə dünyanın 1 nömrəli tennisçisi ola bilər. Nadalın da belə imkanı var. Bunun üçün ona yalnız qələbə qazandı. Favoritlərdən Medvedevin finala qədər Nadal və Alkaras ilə yolu kəsişməyəcək. Rusiyalı tennisçi irəliləyəcəyi halda güclü rəqib kimi Sisipasla qarşılaşacaq.

Qadınların yarışı ilə bağlı həlledici sual budu ki, Radukanu titulunu qoruya biləcəkmi? Son çempion mövsümboyu o qədər parlaq təsir bağışlamasa da, Amerika kortlarında onun ikinci nəfəsi açılır. İkinci önəmli məqam Serena Uilyamsın bu turnirdən sonra karyerasını bitirib-bitirməyəcəyidi. Yüzdə 99 faiz ehtimal bitirəcəyi yönündədi, sadəcə, maraq doğuran məqam tennisdən növbəti titulla, yoxsa titulsuz gedəcəyidi. Təəssüf ki, Uilyams bacılarından kiçiyi heç də ən yaxşı formada deyil, üstəlik püşk də onun üzünə gülməyib. Serena ilk mərhələdə monteneqrolu Koviniçi keçsə belə, ikincidə eston Anett Kontaveytlə üzləşə bilər. Karyerasının zirvəsində olmayan Serenanın dünyanın 2-ci raketkasını keçməsi çətin olacaq.
Dünyanın 1 nömrəli qadın tennisçisi İqa Sventek isə indiyə qədər bir dəfə də “US Open”də 1/8 finaldan uzağa gedə bilməyib. Polşalı tennisçi məhz bu il boşluğu aradan qaldırmağa çox yaxındı.

Paylaş:
Digər xəbərlər

İdman

24-08-2022, 12:0

Zverev “US Open”dən çəkildi

İdman

17-07-2022, 16:0

Cokoviçin sabiq məşqçisinin sözü var…

İdman

8-06-2022, 17:0

Nadal: “Böyük dəbilqə” turnirlərində 22-ci qələbə!

Aktual
“Təəssüfləndiyim oyunçulardan biri Medinadı”
“Əsas məqsədi legioner həyatı yaşamaqdı” – Şahin Diniyevdən Coşqun haqda açıqlama
“Şamaxı” azarkeşləri narahat olmasın” – 18 ayrılıqdan sonra cəmi 5 transfer edilməsinə reaksiya
Mircavadov: “Könül istərdi ki, “Neftçi”də çempionluq uğrunda mübarizəyə qoşulsun”
“Qarabağ”ın standartlarına uyğun yerli futbolçu yoxdu?
“İstəyərdik ki, Kaşkilya qalsın” – “Küdrü Qartalları” “İmişli”nin qərarı barədə nə dedi?
Son xəbərlər
  • Bu gün, 01:00
    İspaniya darmadağınla 1/8 finalda - DÇ gecəsi
  • Dünən, 23:53
    "Daha fərqli, sürətli və hərəkətli komanda görəcəyik" - Yuri Vernidub
  • Dünən, 23:10
    "Neftçi" ilk yoxlama oyununda uduzdu
  • Dünən, 22:59
    Verniduba ötürmə...
  • Dünən, 22:28
    ''Fənərbaxça''nın sabiq forvardı ''Qalatasaray''a keçir
  • Dünən, 21:57
    "Qarabağ" - "Vestri" matçının biletləri satışa çıxır
  • Dünən, 21:20
    Fərid Namazov yenidən "İmişli"də
  • Dünən, 20:55
    Andrade qol vurdu, "Sabah" böyük hesabla uduzdu
  • Dünən, 20:24
    İkardinin menecerindən növbəti qəribə açıqlama: ''Gözləyib görəcəyik''
  • Dünən, 19:53
    Rassell mövsümdə ikinci dəfə hamını qabaqladı
  • Dünən, 19:16
    Oveçkin gedir, yoxsa qalır?
  • Dünən, 18:45
    “Təəssüfləndiyim oyunçulardan biri Medinadı”
  • Dünən, 18:14
    “Xankəndi” üç futbolçusu ilə yollarını ayırdı
  • Dünən, 17:55
    Adında “şir” ola, özün isə hamıdan qorxasan… - DÇ-nin TƏƏSSÜRATI
  • Dünən, 17:23
    UEFA ''Fənərbaxça''nı cəzalandırdı!
  • Dünən, 16:52
    “Əsas məqsədi legioner həyatı yaşamaqdı” – Şahin Diniyevdən Coşqun haqda açıqlama
  • Dünən, 16:21
    Səlahət Ağayev daha bir il "Qəbələ"də
  • Dünən, 15:55
    "İmişli" yarımmüdafiəçi ilə vidalaşdı
  • Dünən, 15:25
    "Kəpəz"də daha bir ayrılıq
  • Dünən, 14:53
    “Şamaxı” azarkeşləri narahat olmasın” – 18 ayrılıqdan sonra cəmi 5 transfer edilməsinə reaksiya
  • Dünən, 14:22
    UFC: Bakı turniri milyonların diqqət mərkəzində
  • Dünən, 13:55
    “İyulun 6-da məşqlərə başlayacaq” – Mahirin anasından yeni klubu haqda açıqlama
  • Dünən, 13:48
    "İlk 10 dəqiqə bizim üçün uğurlu keçmədi" - "Ferentsvaroş"un baş məşqçisi
  • Dünən, 13:20
    “Araz-Naxçıvan” ÇL-nin B yolunda
  • Dünən, 12:51
    ''Fənərbaxça''da mövsüm başlamamış zədələr başlayıb
  • Dünən, 12:30
    "Qəbələ"nin futbolçusu "Şamaxı"da
  • Dünən, 12:13
    "Komandamızda kifayət qədər dəyişikliklər edilib" - Qurban Qurbanov
  • Dünən, 11:51
    "Şəfa" daha bir legioner aldı - RƏSMİ
  • Dünən, 11:20
    “Sumqayıt” Adil Şükürovu direktor təyin etdi
  • Dünən, 11:05
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 10:59
    "Sabah" İsrail klubundan vinger aldı
  • Dünən, 10:44
    Mircavadov: “Könül istərdi ki, “Neftçi”də çempionluq uğrunda mübarizəyə qoşulsun”
  • Dünən, 10:36
    "Neftçi" ilk yoxlama oyununu keçirir
  • Dünən, 10:21
    “Sabah” Andradenin yeni komandası ilə qarşılaşır
  • Dünən, 10:00
    Əziz Yıldırımın qızının evində ölüm hadisəsi baş verdi!
Daha çox
Oxunub: 452
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 313
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 245
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Oxunub: 234
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Oxunub: 233
Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
Oxunub: 183
“Sabah”, “Neftçi”, “Turan Tovuz”! - ...bu üç klubdan biri Elvin Cəfərquliyevi ala bilər
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə