Kişilər arasında Medvedev, qadınlar arasında Sventek...

24.06.2022 21:22 421
İdman
ATP və WTA kişi və qadın tennisçilərin ənənəvi həftəlik reytinqini açıqlayıb.

Daniil Medvedev kişilər arasında liderliyi qoruyur. 26 yaşlı rusiyalı ən yaxın izləyicisi olan Aleksandr Zverev ilə xal fərqini artırıb. 3-cü yerdə isə Novak Cokoviç qərarlaşıb. Ümumiyyətlə, kişilərin reytinqi ilə bağlı ən önəmli dəyişiklik Xubert Xurkaçın ilk “10-luğ”a daxil olmasıdı.

ATP reytinqi

1 (1)*. Daniil Medvedev (Rusiya) 8160
2 (2). Aleksandr Zverev (Almaniya) 7030
3 (3). Novak Cokoviç (Serbiya) 6770
4 (4). Rafael Nadal (İspaniya) 6525
5 (5). Kasper Ruud (Norveç) 5050
6 (6). Stefanos Sisipas (Yunanıstan) 4945
7 (7). Karlos Alkaras (İspaniya) 4893
8 (8). Andrey Rublev (Rusiya) 3870
9 (9). Feliks Oje-Alyassim (Kanada) 3760
10 (12). Xubert Xurkaç (Polşa) 3738

Qadınlar arasında reytinqin lideri isə İqa Sventekdi. Polşalıdan sonrakı pillələrdə Anett Kontaveyt və Ons Jaber qərarlaşıb. İlk “10-luq”da heç bir yeni ada yoxdu, sadəcə, müəyyən yerdəyişmələr olub.

WTA reytinqi

1 (1). İqa Sventek (Polşa) 8631
2 (2). Anett Kontaveyt (Estoniya) 4511
3 (4). Ons Jaber (Tunis) 4340
4 (3). Paula Badosa (İspaniya) 4245
5 (6). Mariya Sakkari (Yunanıstan) 4205
6 (5). Arina Sobolenko (Belarus) 4145
7 (7). Karolina Plişkova (Çexiya) 3777
8 (9). Daniel Kollinz (ABŞ) 3255
9 (8). Cessika Pequlaа (ABŞ) 3185
10 (10). Qarbinye Muqurusa (İspaniya) 2961
* - əvvəlki reytinqdə yerini göstərir.