Komandanın təsisçisi Xəyal Məmmədov, direktor Güloğlan Məmmədov ilə icraçı direktor Ədalət Abdullayev arasındakı qarşıdurma və birincilərin PFL-ə şikayəti barədə yazmışdıq. Qurum da tərəflərə öz aralarında razılığa gəlmək üçün 2 gün vaxt vermişdi. Artıq bu müddət başa çatıb.
Görəsən, tərəflər razılığa gəlib, yoxsa "Araz" 1-ci liqadan çəkilir? "Football-plus.az" saytı olaraq bunu aydınlaşdırmaq üçün PFL-in media və marketinq direktoru Sənan Abdullayevlə danışdıq:
"Araz"da münaqişə yaşayan tərəflərlə söhbətimiz olmuşdu. Onların hər birinə problemləri həll edib, razılığa gəlmələri üçün vaxt vermişdik. Müddət bitəndən sonra yenidən görüşdük. Tərəflər barışığa, razılığa gəlib. Şikayətlər də geri götürüldü. Odu ki, "Araz" 1-ci liqada çıxış edəcək".
ABDULLA İSMAYILOĞLU






