PFL-in iki gün vaxt verdiyi klubda son qərar verildi - AÇIQLAMA

6.07.2023 19:55 533
Ölkə futbolu / Manşet
Yeni mövsümdə 1-ci liqada çıxış edəcək komandalardan biri də "Araz"dı. Lakin Saatlı təmsilçisindəki ikihakimiyyətliyə görə münaqişə yaranıb.

Komandanın təsisçisi Xəyal Məmmədov, direktor Güloğlan Məmmədov ilə icraçı direktor Ədalət Abdullayev arasındakı qarşıdurma və birincilərin PFL-ə şikayəti barədə yazmışdıq. Qurum da tərəflərə öz aralarında razılığa gəlmək üçün 2 gün vaxt vermişdi. Artıq bu müddət başa çatıb.

Görəsən, tərəflər razılığa gəlib, yoxsa "Araz" 1-ci liqadan çəkilir? "Football-plus.az" saytı olaraq bunu aydınlaşdırmaq üçün klubun təsisçisi Xəyal Məmmədovla danışdıq:

"Çox düşündük, sonda Ədalət Abdullayevlə qarşılıqlı razılığa gəldik. PFL-ə ünvanladığımız rəsmi şikayəti və 1-ci liqadan çəkilməklə bağlı qərarımızı geri götürdük. Notarial qaydada Ədalət Abdullayevə klubu inkişaf etdirmək barədə səlahiyyət verdik. Eyni zamanda həm mən, həm də atam klubda layiq olduğumuz vəzifə və əməkhaqqı ilə təmin olunacağıq. Nə qədər ki, "Araz" var, biz komandada olacağıq. İnşallah, komanda yeni mövsümdə 1-ci liqada özünü yaxşı tərəfdən göstərər".


ABDULLA İSMAYILOĞLU

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul