“Kəpəz” yığmanın sabiq üzvləriylə razılığa gəlib? – RƏSMİ AÇIQLAMA

7.07.2022 14:26 850
Ölkə futbolu / Manşet
"Səbail"dən ayrılandan sonra klubsuz qalan futbolçulardan biri də Əfran İsmayılov idi.

Mllimizin sabiq üzvü dünən "Futbol+"ə açıqlamasında "Kəpəz"lə razılığa gəldiyini, bunda Rauf Əliyev amilinin də rol oynadığını söyləmişdi. Əfran Raufun da növbəti mövsüm "Kəpəz"in uğurları üçün çalışacağını sözlərinə əlavə etmişdi.

"Football-plus.az" saytı olaraq, millimizin sabiq üzvlərinin Gəncə təmsilçiylə razılığa gəlib-gəlmədiyini aydınlaşdırmaq üçün klubun mətbuat katibi Azad Mustafayevlə əlaqə saxladıq:

"Bir çox futbolçularla danışıq aparırıq. Amma Əfran İsmayılov və Rauf Əliyevlə nə müqavilə bağlanılıb, nə də ilkin razılığa gəlinib".


Azad bəyin son zamanlar adı "Kəpəz"lə yanaşı hallanan Fərid Nəbiyevlə bağlı fikrini də öyrəndik:

"Fərid Nəbiyevin məsələsi müsbətə doğru həll edilməkdədi. Yaxın günlərdə futbolçunun keçidini rəsmləşdirəcəyik".


ABDULLA İSMAYILOĞLU