Baş məşqçi Pablo Maçini istefaya göndərən “Elçe” rəhbərliyi ona tezliklə xələf tapıb.
"Football-plus.az" xəbər verir ki, La Liqanın sonuncu turunda “Real Sosyedad”a 0:2 hesablı məğlubiyyət 48 yaşlı mütəxəssisin baş məşqçi vəzifəsindəki sonuncu sınağı olub. Maçin komandanı ötən il noyabrın 17-dən çalışdırırdı.
İspaniyalı məşqçinin yerinə Sebastyan Bekkasese təyin olunub. Son illər ölkəsində “İndependyente”, “Rasinq” və “Defensa y Xustisiya”nı çalışdıran argentinalı mütəxəssis ilə imzalanan müqavilənin müddəti 2023/24 mövsümünün sonunadək nəzərdə tutulub.
Maraqlıdı ki, 42 yaşlı Bekkasese bu mövsüm “Elçe”ni çalışdıracaq 4-cü baş məşqçi olacaq. Komanda hazırda 26 turdan sonra 13 xalla turnir cədvəlində sonuncu - 20-ci yeri tutur.
-